Vilayət Eyvazovdan yeni TƏYİNAT
В закладки
  Vilayət Eyvazovdan yeni TƏYİNAT


Daxili İşlər Nazirliyində növbəti təyinat olub.

Azdaily.az-ın məlumatına görə, bu barədə müvafiq əmri Daxili İşlər naziri, general-polkovnik Vilayət Eyvazov imzalayıb.

Əmrə əsasən, polkovnik-leytenant Surxay Cəfərov DİN-in Nəqliyyatda Baş Polis İdarəsinin Su Nəqliyyatında Polis İdarəsinin növbətçi hissəsinə rəis vəzifəsinə gətirilib.

Qeyd edək ki, o, bundan əvvəl DİN-in Nəqliyyatda Baş Polis İdarəsinin Dəmir Yolu Nəqliyyatında Polis İdarəsinin Sumqayıt Xətt Polis Bölməsinin rəisi vəzifəsində işləyib.
лучший сайт где можно скачать шаблоны для dle 12.0 бесплатно