Körpə anasına qaytarıldı, qadın Mehriban Əliyevaya təşəkkür etdi
В закладки
Körpə anasına qaytarıldı, qadın Mehriban Əliyevaya təşəkkür etdi

Keçmiş məhkəmə sədri Çingiz Bəşirovun oğlu Tamerlan Bəşirov körpə qızını uşağın anası Samirə Bəşirovaya geri qaytarıb.

Bu barədə “Report”a S.Bəşirova özü məlumat verib.

O deyib ki, uşaq ötən gün qaytarılıb.

S.Bəşirova qızının qaytarılmasına görə, Azərbaycan Respublikasının Birinci vitse-prezidenti Mehriban Əliyevaya təşəkkür edib:

“Mən bilirdim ki siz bir ana kimi, məni anlayacaqsız. Sizə çox təşəkkürümü bildirirəm, hazırda sayənizdə uşağım mənim yanımdadı. Sizə cansağlığı və uzun ömür arzulayıram”.

Qeyd edək ki, Bakıda yaşayan Rusiya vətəndaşı S.Bəşirovanın iddiasına görə, Sumqayıt İnzibati-İqtisad Məhkəməsinin keçmiş sədri Ç.Bəşirovun Bakı Şəhər İcra Hakimiyyətində işləyən oğlu T.Bəşirov 2017-ci il təvəllüdlü körpə qızının əlindən zorla alıb.

S.Bəşirova mətbuata açıqlmasında qeyd edib ki, T.Bəşirovla boşanmaq üçün Nəsimi Rayon Məhkəməsinə müraciət edib, lakin məhkəmə prosesi yekunlaşmamış əri qızını onun əlindən zorla almışdı.
лучший сайт где можно скачать шаблоны для dle 12.0 бесплатно