Bakıda brend malları saxta etiketlərlə satan qardaşların işi - polislər ifadə verdi
В закладки
Bakıda brend malları saxta etiketlərlə satan qardaşların işi - polislər ifadə verdi

“Lady Sharm” mağazalar şəbəkələrinin vəzifəli şəxsləri növbəti dəfə hakim qarşısına çıxarılıb.

Musavat.com xəbər verir ki, Bakı Ağır Cinayətlər Məhkəməsində Elnur İsmayılov, Ziyarət Abbasov və Səməd İsmayılovun cinayət işi üzrə məhkəmə iclası davam etdirilir. İşə hakim Faiq Qəniyevin sədrliyi ilə baxılır.

Sonuncu məhkəmə iclasında Baş Mütəşəkkil Cinayətkarlığa qarşı Mübarizə İdarəsinin əməkdaşları ifadə verib. Onlar əməliyyatla bağlı ifadə veriblər.

Eyni məzmunlu ifadə verən polis əməkdaşları deyiblər ki, təqsirləndirilən şəxslərə məxsus anbara və sexə baxış keçirilən zaman xeyli sayda ayrı-ayrı firmaların etiketləri aşkar edilib. Şahid kimi dindirilən polis əməkdaşları bildiriblər ki, etiketlərlə yanaşı digər maddi sübutlar da götürülüb.

Məhkəmə iclasında şahid qismində "Lady Sharm" mağazalar şəbəkəsində satıcı işləmiş Səbirə Əhmədli də ifadə verib. O, bir neçə ay satıcı kimi işlədiyini deyib. Bildirib ki, malların şaxta etiketlərlə satıldığını bilməyib.

Suallara cavab verən Səbirə Əhmədli bildirib ki, heç bir müştəriyə bahalı firmaların mallarının olması ilə bağlı istiqamət verməyib: "Müştəri istədiyini özü seçirdi. Mallar etiketləri ilə vitrində olurdu".

Digər şahid Könül Tağıyeva da "Lady Sharm" mağazalar şəbəkəsinin işçisi olub. O da şaxta etiketli mallarla bağlı sualları cavablandırarkən bu işlərdən xəbərsiz olduğunu deyib.

İttihamda göstərilir ki, təqsirləndirilən şəxslər ayrı-ayrı firmaların əmtəə nişanından istifadə ediblər. Aşağı və orta keyfiyyətli, sex şəraitində hazırlanmış malları müxtəlif brend mallar adı altında müştərilərə satıblar.

Rəsmi ittihamda yazılır ki, "Lady Sharm" MMC-yə daxil olan mağazalar şəbəkəsinin direktoru Elnur İsmayılov olub. Onun rəhbərliyi ilə mallar Sədərək Ticarət Mərkəzindəki anbarda yığılıb. Mallara saxta etikletlər vuraraq MMC-yə məxsus paytaxtın müxtəlif ünvanlarında yerləşən mağazalarında satışa çıxarıblar.

Rəsmi məlumatda yazılır ki, araşdırma zamanı müəyyən edilib ki, qeyd edilən mağazalarda satışa çıxarılan Çin Xalq Respublikasında istehsal edilən aşağı keyfiyyətli paltarların etiketləri “Lady Sharm”ın gizli sexlərində dəyişdirilib.

Həmin paltarlara “Chanel”, “Fendi”, “Dolce & Gabbana”, “Valentino”, “Chiristian Dior”, “İtterre” və digər dünyaca məhşur brendlərinin saxta etiketləri tikilərək dəyərindən dəfələrlə baha qiymətə mağazalarda müştərilərə təqdim edilib.

Araşdırmalarla həmçinin “Lady Sharm” şirkətinin paytaxtda fəaliyyət göstərən sexində tikilən yerli məhsullara da saxta “Made in Turkey” və “Made in İtaly” nişanları tikildiyi məlum olub.

Şirkətin anbarlarına baxış zamanı polis əməkdaşları “Lady Sharm”ın “qara” mühasibatlıqlarn aparıldığı və sistem idarəçiliyi xarici ölkələrdə olan kompüter avadanlıqları və onların içərisində olan istintaq üçün zəruri olan şirkətin gizli maliyyə hesabatlarını da əldə ediblər.

İttihamda göstərilir ki, təqsirləndirilən şəxslər bu əməlləri ilə 6 milyon manatdan artıq vergi büdcədən yayındırılıb.

Bu iş üzrə zərərçəkmiş şəxs olan Cəmilə Məmmədovaya isə 1046 manat zərər dəydiyi elan edilib.

Təqsirləndirilən şəxslərə qarşı Cinayət Məcəlləsinin 197-ci (əmtəə nişanlarından qanunsuz istifadə etmə), 178 (dələduzluq), 213-cü (vergiləri, işsizlikdən sığorta və ya məcburi dövlət sosial sığorta haqlarını ödəməkdən yayınma) maddələri ikə ittiham irəli sürülüb.

Elan olunmuş ittihamla təqsirləndirilən şəxslərdən heç biri özünü təqsirli bilməyib.

Zərərçəkmiş Cəmilə Məmmədova deyib ki, "Lady Sharm" mağazalar şəbəkəsinin "Memar Əcəmi" metrostansiyasının yaxınlığındakı filialında bir neçə mal alıb. O, mağazaya 1046 manat ödəyib.

Cəmil Məmmədova söyləyib ki, evə qayıtdıqdan sonra aldığı malların üzərində iki etiket görüb. Etiketlərdən birində malın Türkiyə, birində isə İtalya istehsalı olduğu yazıldığını görüb.
лучший сайт где можно скачать шаблоны для dle 12.0 бесплатно