Ermənilər işğal olunmuş ərazilərdə faktiki olaraq bütün dini-tarixi abidələri məhv ediblər - Komitə sədri
В закладки
Ermənilər işğal olunmuş ərazilərdə faktiki olaraq bütün dini-tarixi abidələri məhv ediblər - Komitə sədri

Ermənilər işğal olunmuş ərazilərdə faktiki olaraq bütün dini-tarixi abidələri məhv ediblər.

Trend -in məlumatına görə, bunu Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri Mübariz Qurbanlı bildirib.

Onun sözlərinə görə, Qarabağ ərazisində 67 məsciddən demək olar hamısı dağıdılıb, bir məscidi isə görüntü üçün Azərbaycana məxsusluğunu dəyişdirməklə saxlamışdılar, faktiki olaraq barbar hərəkətlərə yol vermişdilər:

"Bundan başqa, orada Qafqaz Albaniyasına aid tarixi-dini abidələri qriqoryanlaşdırmağa çalışıblar. Bunu saxtalaşdırmaq üçün müxtəlif addımlar atıblar. Bunlar hamısı faktdır. Eyni zamanda tarixi-dini mədəniyyət abidələri dağıdılıb, bunlar haqqında məlumatlar Mədəniyyət Nazirliyi xətti ilə, o cümlədən digər qurumlar tərəfindən toplanıb. Müvafiq sənəd hazırlanıb. Prezident İlham Əliyev də bir neçə dəfə işğaldan azad olunmuş ərazilərə səfərləri zamanı orada olan tarixi-dini abidələrin hamısının xristianlığa aid, Qafqaz Albaniyasına aid, o cümlədən İslama aid abidələrin bərpa olunacağını bildirib. Bununla bağlı xarici ekspertlər də iştirak edib. Heydər Əliyev Fondu bununla bağlı geniş proqram həyata keçirməkdədir. Dağlıq Qarabağda bütün dini - tarixi abidələr öz yerini tapacaq. Bizim üçün orada Qafqaz Albaniyasına aid olan tarixi-dini abidələrin faktiki olaraq Qafqaz Albaniyasına aid olduğunu bir daha göstərməkdir. Bu, bəlli bir məsələdir. 1836-cı ildə çarın fərmanı ilə Qafqaz Albaniyasına aid olan kilsələr ermənilərin Apostol kilsəsinə verilib. Orada belə də yazılıb - Erməni Apostol Kilsəsinə verilsin. Əgər bunlar ermənilərə aid idisə, niyə "ermənilərə verilsin" yazılıb? Bu, erməniyə aid deyildi. Ona görə də bu məsələlər həllini tapacaq. Əsas odur ki, torpaqların işğaldan azad olundu və qalan məsələlər də həll olunacaq".
лучший сайт где можно скачать шаблоны для dle 12.0 бесплатно