Əlillik dərəcəsinin verilməsində ötür-ötür oyunu: Kim məsuliyyət daşıyır?..
В закладки
Əlillik dərəcəsinin verilməsində ötür-ötür oyunu: Kim məsuliyyət daşıyır?..

Qələbəmizdən 5 ay keçdi. Qəhrəman ordumuzun göstərdiyi şücaətlə, milli birliyimizlə bağlı cəmiyyətdə yaranan eyforiya bitəndən, toz-duman yatışandan sonra qəhrəmanlar qaldılar ortada təkbaşına. O qəhərmanlar ki, vətən uğrunda döyüşlərə qatıldılar və yaralandılar. Düşməni sərəhədlərimizdən qovdular, 30 illik daş sipərləri aşdılar, amma Hərbi Hospitalın komissiyasını aşa bilmədilər. Axırıncı aşırım yaman çətin oldu. Çünki bu dəfə baltaların sapı özümüzdəndi.

Aprelin 2-də Milli Məclisin plenar iclasında deputat Aqil Abbas qazilərin problemləri ilə bağlı çıxışından sonra Silahlı Qüvvələrin Baş Klinik Hospitalına dəvət olunub. Hospitalda hörmətli deputata rüşvət alınmadığını göstəriblər. Guya alınırsa belə, bunu Milli Məclis üzvünün gözü önündə edəcəkmişlər?! Çox maraqlıdır deyilmi? Aqil Abbas isə bildirib ki, Müdafiə Nazirliyi alayarımçıq bir açıqlama yayıb mənim əlillik dərəcəsinin kimin təyin etməsi barədə məlumatlı olmadığımı deyir. “Mən onlardan yaxşı bilirəm ki, əlillik dərəcəsini hansı nazirlik verir. Mən 16 ildir ki, müdafiə, təhlükəsizlik və korrupsiya ilə mübarizə komitəsinin üzvüyəm. Kimin nə işlə məşğul olduğunu yaxşı bilirəm".

Əlillik dərəcəsinin verilməsində ötür-ötür oyunu: Kim məsuliyyət daşıyır?..

Əlillik dərəcəsi verən Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin və eləcə də Səhiyyə Nazirliyinin fəaliyyəti dəfələrlə mətbuatda tənqid olunub. Əslində hərbi qulluqçulara əlillik dərəcəsinin verilməsi Müdafiə Nazirliyinin öz səlahiyyətində saxlansaydı, yaxşı olardı. Şikayəti olan vətəndaşlar da, müxtəlif nazirlikləri qapı-qapı gəzməzdilər.

Qarabağ qazisi, jurnalist Rey Kərimoğlu Qazi də əlillik dərəcəsi verilməsində nöqsanların olmasından danışıb.

“Narazılığımız hərbi həkimlərimizdən yox, MN-nin Mərkəzi Hərbi Hospitalının idarəetməsindəki yaramazlıqlardandır. Hospital Zakir Həsənovun bacanağı və Nəcməddinin adamlarının əlindən qurtulmalıdır! Qəsdən, kiminsə tapşırığı ilə Qazilərin yaralanma vəziyyətləri doğru yazılmır, yüngülləşdirib yazırlar! Hospital kiminsə tapşırığı ilə qazilərə qarşı ədalətsizlik edir, zülm edir!

Pulsuz mülaicəyə (tərxis olunmuş, pensiyaya çıxmışlardan gedir söhbət) yalnız mayordan yuxarı rütbəli zabitləri qəbul edir. Əli olmayan adamı "xidmətə yararlıdır" yazıblar! Mənim əlimdə belə faktlar var”,- deyə o bildirib”

Qələbəmizin qəhrəman qazisi Hacı Vəliyev də deyilənləri təsdiq edib:

"Deputat Aqil Abbasın dediyini mən döyüş bitəndən bu günə kimi deyirəm. Qazilərimizlə bağlı əsas problemin kökü Hərbi Hospitaldadır. Diaqnozlar düzgün yazılmır, düzgün (saxta) diaqnoz yazdırmaq üçün qohumbazlıq, yərlibazlıq edilir, hətda rüşvət alınır!


Hərbi hospitalın oftalmologiya şöbəsinin rəisi Səlahəddin Təhməzov mənim başıma oyun açdı. Diaqnozumu “hərbi travma” yazdı. İndi məlum olur ki, mənə yazdığı "korreksiya ilə 0.30,% görür" sözünə görə mənə 2 qrup vermirlər. Ama əslində mənim gözümə hərbi hospitalda dəqiq yoxlanma aparılmadı. “BonaDea” hospitalında Anar Rəhimov eynək vermək üçün məni yoxlayıb yazdı. Səlahəddin Təhməzovun bizə qarşı etdiyi haqsılıqlara görə nəinki şikayətimizə baxılmadı, hətta rütbəsini də bir pillə yuxarı qaldırdılar."

Müdafiə Nazirliyinin Baş Tibb İdarəsinin rəisi vəzifəsini icra edən polkovnik Firudin Nəbiyev sorğumuza cavab olaraq bildirib ki, hazırda xidmət edən hərbi qulluqçular və onların ailə üzvlərinin xərcləri ödənməklə bizim təminatımızdadırlar. Bəzən tərxis olunan qazilərimiz şikayət edirlər ki, onlar hospitalda müalicə olunsunlar. Bunu biz də istəyirik. Amma Azərbaycanın qanunlarına görə, biz onların müalicəsini təmin edə bilmirik. Əlilliyi isə biz müəyyən etmirik.

Bütün bunlar o deməkdir ki, Nazilər Kabinetinin və Müdafiə Nazirliyinin müvafiq qanunlarında dəyişlik olunmalıdır. Amma "əlilliyi biz müəyyən etmirik" sözü məntiqsizdir. Hərbi xidmətə çağıran, orduya cavabdeh olan qurum əlil olan, yaralanan hərbiçiyə cavabdeh olmalı, hər birinin taleyi ilə maraqlanmalıdır. Söhbət əşyalardan, maddiyyatdan yox, insan həyatından gedir.

Dövlət Tibbi-Sosial Ekspertiza və Reablitasiya Xidmətinin mətbuat xidmətinin rəhbəri Gülnar Əzizova bildirib ki, əlillik dərəcəsinin təyin edilməsi üçün lazımi prosedurlar açqlanıb. Qazilər ilk növbədə hərbi həkim komissiyasının şəhadətnaməsini əldə etməlidirlər. Bundan sonra şəhadətnamə səhiyyə müssisələrinə verilir. Sonrakı mərhələdə səhiyyə müəssisəi qaziyə forma 88 tərtib edərək agentliyin elektron alt sisteminə göndərir.

Gülnar Əziziova qeyd edib ki, yekun şəhdətnaməsi olan hər qazimizə əlillik dərəcəsi verilir. Proses ən son qazimizə dərəcə təyin edilənə qədər davam edəcək. Məlumat elektron sistemə daxil olduqdan sonra 3 gün ərzində vətəndaş və ya qazi təyinat alır”.

Bəzi şəxslərə əlillik dərəcəsinin verilməməsi barədə sualımızı cavablandıran qurum rəsmisi deyib ki, hərbi qulluqdan ordudan tərxisi, onların sağlamlıqları ilə bağlıdırsa, bu hərbiçilərin əlillik təyini üçün müraciət hüququ var. Qərarı isə komissiya verir. Bütün təxris olunanlara dərəcə verilmir. Çünki xəsarət dərəcəsi yüngül olanlara əlillik dərəcəsi düşmür. İndiyədək 250-dən çox qaziyə əlillik dərəcəsi təyin edilib”.

Yüngül və ağır deyiləndə nə nəzərdə tutulur? Kimə görə yüngül? Bir sağlam adam üçün birisinin bir əlini itirməsi yüngül xəsarət sayıla bilər, amma bu həmin şəxs üçün ciddi psixoloji, fiziki zərbədir. Çoxu əmək qabiliyyətini itirib.

Dövlət qurumlarının rəsmiləri mediaya verdikləri ümumi sözlərlə, quru açıqlamalarla işlərini bitmiş hesab edirlər. Beləcə, çoxlu sayda qurumlar arasında ötür-ötür oyunu davam edir.

Əslində ƏƏSMN-in yeni rəhbərlik şəraitində fəaliyyəti bütün cəmiyyətdə narazılıq yaradıb. Şəffaflıq sıfır səviyyəsindədir. Şikayətlərə baxılmır və ümumiyyətlə, bütün şikayətlərə standart cavab verilir: Elektron sistem var, bizlik deyil. Yəni “elektron sistem” oyunu şəffaflığın üstündən xətt çəkib. Əvvəlki vaxtlarda imtina alan şəxslər TSEK-ə müraciət edib suallarına cavab ala bilirdilər. İndi bütün instansiyalarda təxminən eyni cavab verilir: “Bizlik deyil, elektron sistemlə müəyyən olunur”. O sistem ki, onun idarəetməsi elə ƏƏSMN-in öz əlindədir. Minlərlə real xəstələr pensiyadan məhrum olur. İslahat budursa, təcili olaraq geri qayıtmaq lazımdır...
лучший сайт где можно скачать шаблоны для dle 12.0 бесплатно