Sumqayıt stadionu ilin sonunadək hazır olacaq
В закладки
Sumqayıt stadionu ilin sonunadək hazır olacaq

Sumqayıt şəhərində yeni stadion inşa edilir. 60 il əvvəl istifadəyə verilmiş Mehdi Hüseynzadə adına Sumqayıt şəhər stadionunun yerində tikilən idman arenası üçün Prezidentin Ehtiyat Fondundan Sumqayıt Şəhər İcra Hakimiyyətinə ilkin olaraq 5 milyon manat ayrılıb. Tikinti işlərini “AS” MMC şirkəti həyata keçirir.

Stadionun direktoru Nadir Quliyev AZƏRTAC–a bildirib ki, hazırda stadionun tikinti işləri demək olar bitib. Aprel ayının sonunda tamamlama işlərinə start veriləcək. Belə ki, tribunaların oturacaqlarının, işıq və səs sistemlərinin, monitorun quraşdırılması, meydançaya ot döşənməsi və digər işlər görüləcək.

Stadion tikintisinin ilin sonuna kimi yekunlaşması nəzərdə tutulur.
лучший сайт где можно скачать шаблоны для dle 12.0 бесплатно