Gündə nə qədər şəkər qəbul edə bilərsiz– Artıq miqdar beyinə ziyandır
В закладки
Gündə nə qədər şəkər qəbul edə bilərsiz– Artıq miqdar beyinə ziyandır

ÜST və Avropa Birliyi son zamanlar insanların normadan artıq şəkər qəbul edərək, xroniki xəstəliklərə tutulması barədə həyəcan təbili çalır.
Artıq şəkər beynin fəaliyyətini azaldır.

Medicina.az xəbər verir ki, dietoloqlarbir insanın sutkada nə qədər şəkər qəbul etməli olduğunu açıqlayıb.
İnsanlar bilməlidir ki, şirin qida, şirniyyat “bayram qidasıdır” və hər gün yeyilə bilməz.

ÜST tövsiyəsinə görə, 20 yaş yuxarı insan sutkada 50 qramdan artıq şəkər və ya şəkərli qida qəbul etməməlidir.
Dietoloqlar isə bu rəqəmi bir az da azaldıb.

Sutka ərzində yol verilən norma 25 qramdır.

Uşaq və yeniyetmələrə konfet, şirniyyat həftədə 1-2 dəfədən çox verilməməlidir. Şirniyyat onlar üçün əlçatmaz mükafat olmalıdır.

Şəkər əvəzinə şirin meyvə, giləmeyvə, tərəvəzlərdən onlar təbii şəkər normasını alacaqlar.

Şəkəri normadan artıq yedikcəbeyin şəkər normasından daha çox şirniyyat tələb edir və artıq əvvəlki doza onu qane etmir. Şəkərli beynin isə koqnitiv funksiyaları getdikcə azalır.
лучший сайт где можно скачать шаблоны для dle 12.0 бесплатно