Vilayət Eyvazov üçün özəl gün
В закладки
Vilayət Eyvazov üçün özəl gün

Bu gün Azzərbaycanın Daxili İşlər naziri Vilayət Eyvazovun 51 yaşı tamam olur.

Azdaily.az xəbər verir ki, Azərbaycanın 8-ci daxili işlər naziri, general-polkovnik Eyvazov 1968-ci ildə Culfa rayonunun Əbrəqunis kəndində anadan olub.

2000-ci ildə Daxili İşlər Nazirliyinin Polis Akademiyasını fərqlənmə diplomu ilə bitirib.

Ailəli və üç övlad atası olan nazir 1994-cü ilin noyabr ayından daxili işlər orqanlarında xidmət edir. Fəaliyyətə polis nəfəri kimi başlayıb, cinayət axtarışı qurumlarında müxtəlif vəzifələrdə xidmət edib, Daxili İşlər Nazirliyinin Cinayət Axtarış Baş İdarəsində şöbə rəisinin müavini, 2001-2005-ci illər ərzində Mütəşəkkil Cinayətkarlıqla Mübarizə Baş İdarəsinin rəis müavini və rəisi vəzifələrində işləyib.

Prezidentin 2004-cü il sərəncamı ilə polis general-mayoru, 2006-cı il tarixli sərəncamı ilə polis general-leytenantı ali xüsusi rütbəsi, 2019-cu il tarixli sərəncamı ilə general-polkovnik ali hərbi rütbəsi verilib.

Vilayət Eyvazov 20 iyun 2019-cu ildə Prezident İlham Əliyevin sərəncamı ilə Azərbaycan Respublikasının daxili işlər naziri təyin edilib. (yenisabah.az)
лучший сайт где можно скачать шаблоны для dle 12.0 бесплатно