Günəbaxan tumları qadının sonu oldu
В закладки
Günəbaxan tumları qadının sonu oldu


Rusiyada qadın günəbaxan tumları ilə dolu qutuda ölüb. 58 yaşlı Orenburq sakininin cəsədi noyabrın 1-nə keçən gecə Sara stansiyasının anbarında aşkar edilib.

Faktla əlaqədar Orenburq vilayətinin İstintaq Komitəsi araşdırma aparır:


"İlkin məlumata görə, müəssisənin əməkdaşı günəbaxan tumlarının qurudulması üzərində iş apararkən günəbaxan toxumu ilə doldurulmuş metal qutuya düşüb. Burada hava yollarının bağlanmasına görə baş verən mexaniki asfiksiya nəticəsində qəza yerində ölüb”.

Hadisə ilə əlaqədar məhkəmə-tibbi ekspertizası tərəfindən də araşdırma başladılıb.
лучший сайт где можно скачать шаблоны для dle 12.0 бесплатно