Dünyanın ən qüdrətli ölkələrinin reytinqi açıqlandı
В закладки
Dünyanın ən qüdrətli ölkələrinin reytinqi açıqlandı

“U.S. News” nəşri 2019-cu il üçün dünyanın ən qüdrətli ölkələrinin reytinqini açıqlayıb. Reytinq Pensilvaniya Universitetinin “BAV Group” və “Wharton School” mütəxəssislərinin rəyi əsasında formalaşıb.

Onlar siyahını hazırlayarkən bir neçə amili nəzərə alıblar: iqtisadiyyat, siyasi nüfuz, dünyada liderlik, hərbi güc, beynəlxalq təşkilatlarda iştirak və digərləri.

Reytinqin ilk pilləsində Amerika Birləşmiş Ştatları qərarlaşıb. Ekspertlərin fikrincə ABŞ dünyanın ən güclü iqtisadiyyatına və ən iri büdcəsinə malikdir.

Siyahıda ikinci yerdə Rusiya, üçüncü yerdə isə Çin durur.

İlk beşlikdə Almaniya və Böyük Britaniya da yer alıb.


лучший сайт где можно скачать шаблоны для dle 12.0 бесплатно