Banqladeşdə fabrikdə yanğın - Azı 10 nəfər öldü
В закладки
Banqladeşdə fabrikdə yanğın - Azı 10 nəfər öldü

Banqladeşin Dəkkə şəhərində sərinkeş fabrikində baş verən yanğın nəticəsində azı 10 nəfər həyatını itirib. “Qafqazinfo”nun məlumatına görə, bu barədə “Dhakka Tribune” yazıb.

Yanğının söndürülməsinə iki saat vaxt sərf olunub. Hadisə zamanı fabrikdə, 19-u binanın damında olmaqla, 70-80 işçi olub.

“Onlardan 10-u hadisə yerində ölüb və 9-u sağ qalıb. Onlardan ikisi bədən xəsarətləri alıb”, - yerli hakimiyyət nümayəndəsi Abdulla Əl Zəki deyib.

Xəsarət alanların sözlərinə görə, yanğına səbəb cilalama materiallarının alışması olub.
лучший сайт где можно скачать шаблоны для dle 12.0 бесплатно