İstanbuldan qalxan təyyarədə koronavirus aşkarlandı
В закладки
İstanbuldan qalxan təyyarədə koronavirus aşkarlandı

Türkiyənin İstanbul şəhərindən Sinqapura uçan Türk Hava Yollarına məxsus təyyarədə koronavirus aşkarlanıb.

Azdaily.az “Channel News Asia”ya istinadən xəbər verir ki, bunu Sinqapurun Səhiyyə Nazirliyi açıqlayıb.

Məlumata görə, martın 3-də İstanbul-Sinqapur reysində uçmuş təyyarənin sərnişinində koronavirus analizi pozitiv çıxıb. Bununla əlaqadar Sinqapur Səhiyyə Nazirliyi sərnişinləri müşahidə altına alıb. Təyyarə isə karantinə alınıb.

Xatırladaq ki, koronavirus epidemiyası ötən ilin dekabrında Çinin Uhan şəhərində yayılmağa başlayıb. Hazırda epidemiya 84 ölkə və regionu əhatə edir. Dünyada virusa yoluxanların sayı 95 488-ə çatıb. Onlardan 53 689 nəfəri sağalıb, 3 286 nəfəri isə ölüb.

Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) fevralın 11-də infeksiyanın adını COVID-19 qoyub.
лучший сайт где можно скачать шаблоны для dle 12.0 бесплатно