Gürcüstan vətəndaşlarını səfərə çıxmamağa çağırdı
В закладки
Gürcüstan vətəndaşlarını səfərə çıxmamağa çağırdı


Gürcüstan hökuməti ölkə vətəndaşlarını zərurət halları istisna olmaqla xarici ölkələrə səfər etməməyə çağırıb.

“Report”un yerli bürosu xəbər verir ki, bu barədə Gürcüstan hökumətinin ölkədəki koronavirusla bağlı vəziyyətlə bağlı yaydığı xüsusi bəyanatda bildirilib.

Qeyd olunub ki, koronavirusa qarşı effektiv mübarizə yalnız hökumətdən deyil, ümumilikdə ictimaiyyətdən də asılıdır.

Sənəddə vurğulanıb ki, ölkə vətəndaşlarının özünü təcridetmə qaydalarına diqqətlə riayət etməsi vacibdir.

Qeyd edək ki, bu günə qədər Gürcüstanda koronavirusa yoluxma ilə bağlı 24 hal təsdiqlənib. Karantində 295, stasionar nəzarətdə isə 49 nəfər saxlanılır.

Xatırladaq ki, koronavirus infeksiyası ötən ilin dekabrında Çinin Uhan şəhərində yayılmağa başlayıb. Hazırda virus 125 ölkədə qeydə alınıb.

Dünyada koronavirus infeksiyasına indiyədək yoluxanların sayı 128 973-ə çatıb. Bunların 68 654 nəfəri sağalıb, 4 729 nəfəri isə ölüb.

Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) fevralın 11-də infeksiyanın adını COVID-19 qoyub, martın 11-də isə koronavirusu pandemiya elan edib.
лучший сайт где можно скачать шаблоны для dle 12.0 бесплатно