Gürcüstan baş nazirinin müşaviri: “Marneulidə vəziyyət tam sakitdir”
В закладки
Gürcüstan baş nazirinin müşaviri: “Marneulidə vəziyyət tam sakitdir”


“Hazırda Marneulidə vəziyyət tam sakitdir”.

“Report”un yerli bürosu xəbər verir ki, bu barədə Marneuliyə səfər edən Gürcüstanın baş nazirinin regional inkişaf məsələləri üzrə müşaviri Sozar Subari jurnalistlərə açıqlamasında bildirib.

Onun sözlərinə görə, rayonda ərzaq mağazaları, apteklər, bank filialları və çörək məmulatları müəssisələrindən başqa bütün obyektlər bağlıdır.

S.Subari deyib ki, Marneulidə yerli sakinlərdən ibarət könüllülər qrupu yaradılıb: “Hər bir qrupa bir həkim daxil edilib. Qruplar ilk olaraq daha çox təhlükənin ola biləcəyi rayon və kəndlərdə yoxlamalar həyata keçiriəcəklər. Könüllülər həmçinin yaşlı və həssas qrupa daxil olan digər şəxsləri qida və digər zəruri məhsullarla təmin edtməkdə davam edirlər”.

Qeyd edək ki, bu gündən azərbaycanlıların yığcam yaşadıqları Marneuli və Bolnisi rayonlarında koronavirusun daxili yayılması ilə bağlı yüksək risklə əlaqədar olaraq ciddi karantin rejimi tətbiq olunur.
лучший сайт где можно скачать шаблоны для dle 12.0 бесплатно