“Putinin limuzini” belə sınaqdan keçirildi - Video
В закладки
“Putinin limuzini” kimi tanınan “Aurus” avtomobilinin qəza testi keçirilib.

Azdaily.az xəbər verir ki, testin görüntüləri “Zvezda” kanalında yayımlanıb.

Avtomobil saatda 64 km sürətlə maneəyə çırpılıb. Avtomobilin içərisinə sürücü və sərnişinin əvəzinə iki maneken yerləşdirilib.

Qəza nəticəsində bəlli olub ki, avtomobilin ön hissəsinin güclü zədələnməyə məruz qalmasına baxmayaraq, manekenlər yerlərində qalıb.

Qəza zamanı təhlükəsizlik yastıqları işə düşüb, buna görə də sınağı keçirənlər bunu uğurlu hesab ediblər.“Putinin limuzini” belə sınaqdan keçirildi - Video
лучший сайт где можно скачать шаблоны для dle 12.0 бесплатно