Qazaxıstanla Macarıstan arasında birbaşa aviareyslər iyunda bərpa olunacaq
В закладки
Qazaxıstanla Macarıstan arasında birbaşa aviareyslər iyunda bərpa olunacaq



Budapeşt və Nur-Sultan arasında birbaşa uçuşlar bu ilin iyun ayında yenidən bərpa olunacaq. Bundan əlavə, Budapeşt-Nur-Sultan-Pekin reysinin də açılması gözlənilir.

AZƏRTAC xəbər verir ki, bu barədə Nur-Sultanda rəsmi səfərdə olan Macarıstanın xarici işlər naziri Peter Siyarto bildirib. Qazaxıstanlı həmkarı Muxtar Tleuberdi ilə görüş zamanı tərəflər siyasi, ticarət-iqtisadi və mədəni-humanitar sahələrdə gələcək qarşılıqlı əlaqələri müzakirə ediblər. Qazaxıstanla Avropa İttifaqı arasında viza rejiminin sadələşdirilməsi ilə bağlı məsələlər də nəzərdən keçirilib.
лучший сайт где можно скачать шаблоны для dle 12.0 бесплатно