“Türkiyə XİN Çin səfirinə öz həddini göstərdi...” - Açıqlama
В закладки
“Türkiyə XİN Çin səfirinə öz həddini göstərdi...” - Açıqlama

"Bu cür məsələlər Pekinlə Ankara arasında hansısa ciddi gərginlik yaratmayacaq”.

Bu sözləri Azdaily.az-a açıqlamasında Çinin Ankaradakı səfiri Lui Şaobinin İYİ Partiya rəhbəri Meral Akşener və Ankara Böyük Şəhər Bələdiyyəsinin sədri Mansur Yavaşı hədəfə alması və buna görə Türkiyə Xarici İşlər Nazirliyinə çağırılması fonunda yaşanan insidentin iki ölkə arasında münasibətlərin daha kəskin fazaya keçə biləcəyilə bağlı sualı cavablandırarkən politoloq Natiq Miri deyib.

Politoloqun fikrincə, burada ciddi münaqişə axtarmağın mənası yoxdur: "Çinin Ankaradakı səfiri səlahiyyətini aşaraq Türkiyə siyasi sistemin tərkib hissəsi olan partiyalar və onların rəhbərliyini tənqid edib. Bu da əlbəttə ki, Türkiyənin daxili işlərinə qarışmaq kimi dəyərləndirilir. Ancaq belə bir olayla bağlı Türkiyə ilə Çinin böyük geosiyasi maraqlarının zərər görəcəyini düşünmürəm. Türkiyə və Çin dövləti qarşılıqlı olaraq bir-birilə əməkdaşlığı yüksək qiymətləndirib. Gələcək perspektivdə həm Çin, həm də Türkiyə həqiqətən də güclənən və qazanan ölkələr sırasında yer alıb”.

N. Miri qeyd edib ki, yaranmış proseslə bağlı Türkiyə XİN Çin səfirinə öz həddini göstərdi. Bu mənada həmsöhbətimiz Çinin bundan artıq ona adekvat hansısa addımlar atacağını da düşünmür: "Çünki yanlış olan Çin səfirliyinin həmin açıqlamasıdır. Bundan irəli gediləcək hansısa gərginlik hadisələrinin yaşanacağını gözləmirəm”.
лучший сайт где можно скачать шаблоны для dle 12.0 бесплатно