Sinqapurda COVID-19-u nəfəslə aşkarlayan test yaradılıb
В закладки
Sinqapurda COVID-19-u nəfəslə aşkarlayan test yaradılıb


Sinqapurda koronavirus infeksiyasını nəfəslə aşkar edə bilən yeni cihaz yaradılıb.

“Report” “The Straits Times” nəşrinə istinadən xəbər verir ki, “TracieX” adlanan bu cihazlardan artıq yoluxucu xəstəliklər mərkəzində və “Çangi” hava limanında test rejimində istifadə edilir.

Qeyd olunur ki, klinik tədqiqatlar zamanı bu cihazların 95 faiz effektiv olduğu aşkarlanıb. Bu, PZR (polimeraz zəncir reaksiyası) testi ilə eyni səviyyədədir.

“TracieX” cihazı nəticəni iki dəqiqəyə göstərir. Bir testin qiyməti, təxminən, 20 dollardır və bu, analoqlarından ucuzdur.

Cihazın istehsalına iyunda başlanılacaq.
лучший сайт где можно скачать шаблоны для dle 12.0 бесплатно