Trampdan Baydenə Rusiya siyasəti ilə bağlı sərt təpki
В закладки
Trampdan Baydenə Rusiya siyasəti ilə bağlı sərt təpki

Donald Tramp indiki ABŞ prezidenti Co Baydenin Rusiya yönəlik siyasətini sərt tənqid edib.

"Ölkə.Az" xəbər verir ki, "Fox News" telekanalına müsahibə verən Tramp prezident olduğu dövrdə Rusiya prezidenti Vladimir Putinlə və Şimali Koreya lideri Kim Çen Inla çox yaxşı anlaşdığını və dostyanə münasibətlərinin olduğunu dilə gətirib: "Belə güclü liderlərlə normal münasibətin olması, ABŞ üçün yaxşı idi".

Tramp Ağ Ev administrasiyasi tərəfindən Rusiyaya qarşı yürüdülən sərt siyasətin yanlış olduğunu və bunun ABŞ-ın maraqlarına cavab vermədiyini dilə gətirib: "Rusiyanı Çinlə birgə hərəkət etməkdən vaz keçməsi üçün onunla anlaşmalı və işbirliyi qurmalıyıq. İndi isə həyata keçirdiyiniz ən pis iş isə Çinlə Rusiyanı bir araya gətirməkdir. İndi bu iki ölkə bir yerdədirlər".
лучший сайт где можно скачать шаблоны для dle 12.0 бесплатно