Türkiyənin Gəncədəki Baş konsulu və xanımı “Təmas” RİİB-də qonaq olublar.
В закладки
Türkiyənin Gəncədəki Baş konsulu və xanımı “Təmas” RİİB-də qonaq olublar.
7 noyabr 2019-cu il tarixində Türkiyənin Gəncədəki Baş konsulu Zəki Öztürk və xanımı ilə “Təmas” Regional İnkişaf İctimai Birliyinin qonağı olmuşlar. Onlar təşkilatın sədri Südabə Məmmədova və icraçı direktoru Kübra Ələkbərova ilə görüşüblər. Qonaqlara təşkilatın yaranması, həyata keçirdiyi layihələr haqqında geniş məlumat verib. Onlar təşkilatın Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının maliyyə dəstəyi ilə fəaliyyət göstərən “İnsan alveri və insan alverinin potensial qurbanlarına xidmət göstərən regional reabilitasiya reinteqrasiya mərkəzində (sığınacaq)” müvəqqəti məskunlaşmış qadın və uşaqlarla görüşmüş, onların şəraiti və problemləri ilə maraqlanmışlar.
Sonra qonaqlar təşkilatın Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin maliyyə yardımı ilə təşkil olunmuş “Ahıllar üçün günərzi qayğı mərkəzi”ndə sosial xidmətlər alan ahıl vətəndaşlarla görüşmüş onlarla söhbətlər aparmışlar.
Cənab Baş konsul Zəki Öztürk hər iki mərkəzin fəaliyyətinin əhəmiyyətini qeyd etdi, Türkiyyə Cümhuriyyətində də belə sosial mərkəzlərin olduğunu söylədi. Gələcəkdə iki qardaş ölkənin belə mərkəzləri arasında əlaqələrin yaradılması, müxtəlif təcrübə mübadilə praqramlarının həyata keçirilməsini tövsiyyə etdi.


Türkiyənin Gəncədəki Baş konsulu və xanımı “Təmas” RİİB-də qonaq olublar.
Türkiyənin Gəncədəki Baş konsulu və xanımı “Təmas” RİİB-də qonaq olublar.
Türkiyənin Gəncədəki Baş konsulu və xanımı “Təmas” RİİB-də qonaq olublar.
Türkiyənin Gəncədəki Baş konsulu və xanımı “Təmas” RİİB-də qonaq olublar.
лучший сайт где можно скачать шаблоны для dle 12.0 бесплатно