Kriminal avtoritetin dəfnində karantin belə pozuldu - Foto
В закладки
Kriminal avtoritetin dəfnində karantin belə pozuldu - Foto
Kriminal avtoritetin dəfnində karantin belə pozuldu - FotoBakının Suraxanı rayonunda ötən gün qətlə yetirilən 1979-cu il təvəllüdlü Mail Mustafayevin dəfni zamanı karantin qaydaları pozulub.

Azdaily.az Kriminal avtoritetin dəfnində karantin belə pozuldu - FotoBakıpost.az-a istinadən xəbər verir ki, M.Mustafayev Hövsan qəsəbəsindəki məzarlıqda torpağa tapşırılıb. Karantin qaydalarına görə 10-dan çox insanın bir yerə toplaşması qadağan edilsə də, artıq sayda insan dəfn mərasimində iştirak edib.

Mərasim zamanı ara məsafəsi də gözlənilməyib. Bundan başqa kadrlarda dəfnə qatılanların əksəriyyətinin tibbi maskadan istifadə etmədikləri görünür.

Xatırladaq ki, Mail Mustafayev kriminal aləmdə “Hövsanlı Mayıl”, “Mayıl Naxçıvanski” kimi tanınıb. O dəfələrlə məhkum olunub. Mail Mustafayev mərhum qanuni oğru Rövşən Lənkəranskinin yaxın adamlarından olduğu bildirilir.

Qətl faktı ilə bağlı Suraxanı rayon prokurorluğunda Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) maddəsi ilə cinayət işi başlanıb, müvafiq ekspertizalar təyin edilib.

İstintaqla hadisənin zərərçəkmişin tanışı, 1989-cu il təvəllüdlü Aslan Sadıqov tərəfindən şəxsi münasibətlər zəminində aralarında yaranmış münaqişə zamanı törədilməsinə əsaslı şübhələr müəyyən edilib.

Hazırda Aslan Sadıqovun yerinin müəyyən edilərək istintaqa cəlb olunması istiqamətində təxirəsalınmaz istintaq və əməliyyat-axtarış tədbirləri davam etdirilir.
лучший сайт где можно скачать шаблоны для dle 12.0 бесплатно