Türkiyə xaricdən asılı olmadan Azərbaycana yalnız “Anka” PUA-nı ixrac edə bilər – EKSKLÜZİV
В закладки
Türkiyə xaricdən asılı olmadan Azərbaycana yalnız “Anka” PUA-nı ixrac edə bilər – EKSKLÜZİV
Türkiyə hazırda Azərbaycana kəşfiyyat və zərbə təyinatlı pilotsuz uçuş aparatlarından (PUA) yalnız “Anka”nı və ya peyk idarəetməli “Anka-S” variantını ixrac etməyə hazırdır.

Bu barədə “Azeri Defence” saytına eksklüziv olaraq Türkiyənin müdafiə sənayesindəki mənbə bildirib.

Mənbənin sözlərinə görə, “Bayraktar TB2” və “Karayel-SU” PUA-larda xaricdən idxal edilən komponentlərlə dəstləşdirildiyindən onların Azərbaycan kimi ölkələrə ixracında problemlər var.

“Bunlar mühərrik, peyk rabitəsi və faydalı yük kimi kritik komponentlərdir. Bu komponentlər qərb ölkələrinin istehsalı olduğundan üçüncü ölkə üçün ixrac icazəsi lazımdır. Əvvəlki illərdə bir neçə xarici ölkə ilə PUA-ların ixracına dair müqavilələr mühərrik və digər kritik sistemlərdə xaricə bağlılığımıza görə reallaşmadı. Pilotsuz uçuş aparatlarının daşıdığı döyüş sursatları 100 faiz Türkiyə istehsalı olduğundan onların ixracı ilə bağlı hər hansı maneə yoxdur”, – deyə mənbə bildirib.

Mənbə qeyd edib ki, həm “Anka”, həm də “Bayraktar TB2” Türk Silahlı Qüvvələri tərəfindən 2015-ci ildən döyüş əməliyyatlarında zərbə PUA kimi istifadə olunur. Artıq hər iki PUA fərqli coğrafiyalarda döyüşlərdə sınaqdan keçib və özünü sübuta yetirib: “İndi Azərbaycan tərəfi həm “Bayraktar TB2”, həm də “Anka”nı nəzərdən keçirir. Azərbaycan Silahlı Qüvvələri ehtiyacına uyğun seçimi edərək qərarını açıqlayacaq”.

Qeyd edək ki, “Bayraktar TB2” PUA Avstriya istehsalı olan bir ədəd 100 at gücündə “Rotax 912iS”, “Anka” isə yeni versiyaları Türkiyə istehsalı olan 1 ədəd 170 at gücündə PD170 mühərriki ilə təchiz olunub. “Bayraktar TB2” 100 kq, “Anka” isə 230 kq faydalı yük qabiliyyətinə sahibdir. “Bayraktar TB2”nin faydalı yükünə ABŞ/Kanada “L3 Wescam” şirkətinin istehsalı olan MX15HD, Almaniyanın “Hensoldt” şirkətinin “GosHawk II” və ya ABŞ-ın FLIR şirkətinin “StarSafire 380” elektro-optik kamera dəsti, “Anka-S” PUA-nın faydalı yükünə isə ABŞ/Kanada “L3 Wescam” şirkətinin MX15HD, yaxud Türkiyənin ASELSAN şirkətinin istehsalı olan CATS elektro-optik kamera dəsti, SAR radarı, “ViaSAT” və ya Türkiyənin “CTech” şirkətinin istehsalı olan SATCOM peyk rabitəsi, yerli istehsal olan IFF və radiolink daxildir.

Məlumat üçün bildirək ki, bu yaxınlarda Kanada mediası “L3 Wescam” Türkiyəyə PUA-larda istifadə olunan elektro-optik kamera dəstlərinin ixracına qadağa qoyulduğunu yazıb.
лучший сайт где можно скачать шаблоны для dle 12.0 бесплатно