Fabrikdə yanğın davam edir, Fövqəladə Hallar naziri və Bakı meri hadisə yerindədir - FOTO - YENİLƏNİB
В закладки
Azdaily.az -in məlumatına görə, Sobsan boya fabrikində yanğının söndürülməsi tədbirləri ilə yanaşı, fabrikdə, eləcə də onun anbarında salamat qalmış mal-materialların FHN-in müvafiq qüvvələri tərəfindən ərazidən kənarlaşdırılması işləri həyata keçirilir.

Əlavə məlumat veriləcək.

***

23:50

Fövqəladə Hallar naziri Kəmaləddin Heydərov yanğın baş verən əraziyə gəlib.

***

22:24

Azdaily.az-in məlumatına görə, Bakı Şəhər İcra Hakimiyyətinin başçısı Eldar Əzizov yanğın baş verən əraziyə gəlib.

***

22:00

Hazırda Sobsan boya fabrikində yanğın partlayışla davam edir.

Fövqəladə Hallar Nazirliyi tərəfindən ərazidə yaradılan Qərargahdan verilən məlumata görə, hadisə yerinə FHN-in əlavə qüvvələri cəlb edilir.

Əraziyə 5 Təcili Tibbi Yardım briqadası göndərilib.

TƏBİB-dən verilən məlumata görə, hər hansı bir xəsarətlə bağlı Təcili Tibbi Yardım briqadasına müraciət edən olmayıb.

***

21:38

Azdaily.az-in məlumatına görə, Fövqəladə Hallar nazirinin müavini Etibar Mirzəyev yanğın baş verən əraziyə gəlib.

***

21:21

FHN tərəfindən ərazidə yaradılan Qərargahdan verilən məlumata görə, Dövlət Yanğından Mühafizə Xidmətinin texnikaları 20:12-də çıxış edib və ilk yanğınsöndürən maşını 20:19-da hadisə yerinə çatıb.

***

21:10

Bakının Binəqədi rayonunda Sobsan boya fabrikində baş verən yanğınla əlaqədar , əraziyə Dövlət Yanğından Mühafizə Xidmətinin 32 texnikası və 160 canlı qüvvəsi cəlb edilib.

***

21:03

Fövqəladə Hallar Nazirliyi tərəfindən yanğının baş verdiyi ərazidə Qərargah yaradılıb.

Qərargahdan verilən ilkin məlumata görə, yanğın 700 kvadratmetr ərazini əhatə edir.

***

20:48

Bakının Binəqədi rayonunun 7-ci mikrorayon ərazisində Sobsan boya fabrikində başlanan yanğın partayışla müşahidə edilməkdədir.

Hazırda FHN-in Dövlət Yanğından Mühafizə Xidmətinin yanğından mühafizə bölmələri tərəfindən yanğınsöndürmə işləri davam etdirilir.

***

20:33

Bakının Binəqədi rayonunun 7-ci mikrorayon ərazisində Sobsan boya fabrikində yanğın başlayıb.

Azdaily.az -in məlumtına görə, hadisə yerinə Fövqəladə Hallar Nazirliyinin (FHN) canlı qüvvəsi və texnikası cəlb olunub.

Əlavə məlumat veriləcək.Fabrikdə yanğın davam edir, Fövqəladə Hallar naziri və Bakı meri hadisə yerindədir - FOTO -  YENİLƏNİB
Fabrikdə yanğın davam edir, Fövqəladə Hallar naziri və Bakı meri hadisə yerindədir - FOTO -  YENİLƏNİB
Fabrikdə yanğın davam edir, Fövqəladə Hallar naziri və Bakı meri hadisə yerindədir - FOTO -  YENİLƏNİB
Fabrikdə yanğın davam edir, Fövqəladə Hallar naziri və Bakı meri hadisə yerindədir - FOTO -  YENİLƏNİB
Fabrikdə yanğın davam edir, Fövqəladə Hallar naziri və Bakı meri hadisə yerindədir - FOTO -  YENİLƏNİB
Fabrikdə yanğın davam edir, Fövqəladə Hallar naziri və Bakı meri hadisə yerindədir - FOTO -  YENİLƏNİB
Fabrikdə yanğın davam edir, Fövqəladə Hallar naziri və Bakı meri hadisə yerindədir - FOTO -  YENİLƏNİB
Fabrikdə yanğın davam edir, Fövqəladə Hallar naziri və Bakı meri hadisə yerindədir - FOTO -  YENİLƏNİB
Fabrikdə yanğın davam edir, Fövqəladə Hallar naziri və Bakı meri hadisə yerindədir - FOTO -  YENİLƏNİB
лучший сайт где можно скачать шаблоны для dle 12.0 бесплатно