İCAZƏ PORTALI ÇÖKDÜ-“ASAN xidmət” deyir bu xidmət bizlik deyil
В закладки
İCAZƏ PORTALI ÇÖKDÜ-“ASAN xidmət” deyir bu xidmət bizlik deyil
Məlum olduğu kimi, sərtləşdirilmiş karantin rejiminin iyulun 20-dək uzadılması ilə əlaqədar bu gündən “icaze.e-gov.az” portalından alınan bütün elektron icazələr silinib.

Azdaily.az xəbər verir ki, 21 iyundan 5 iyul tarixinədək elan olunan xüsusi karantin rejimində icazə alan vətəndaşlar hazırda portaldan icazə almaqda problemlərlə üzləşirlər.

Bu barədə sosial şəbəkələrdə məlumat paylaşılıb. Bildirilir ki, sistem daxil edilən məlumatları tanımır.

“ASAN xidmət”in İctimaiyyətlə əlaqələr şöbəsinin müdiri Elnur Niftəliyev açıqlamasında bildirib ki, siyahıların formalaşdırılması və həyata keçirilməsi ilə bağlı məsələlərin tənzimlənməsi prosesinə İqtisadiyyat Nazirliyi cavabdehdir.
лучший сайт где можно скачать шаблоны для dle 12.0 бесплатно