Toylarda iştirak etmək istəyənlərin nəzərinə: COVID pasportu tətbiq olunacaq - RƏSMİ
В закладки
Toylarda iştirak etmək istəyənlərin nəzərinə: COVID pasportu tətbiq olunacaq - RƏSMİ

“Azərbaycanda koronavirus (COVID) pasportu tətbiq olunacaq”.

Azdaily.az-ın məlumatına görə, bunu Prezidentin köməkçisi – Prezident Administrasiyasının İqtisadi məsələlər və innovativ inkişaf siyasəti şöbəsinin müdiri Şahmar Mövsümov Nazirlər Kabineti yanında operativ qərargahın brifinqində bildirib.

Onun sözlərinə görə, iki doza vurulanlara vaksin sertifikatı veriləcək:

“Digər sənəd isə immunitet sertifikatıdır. Bu, xəstələnib sağalanlara veriləcək. Bu iki sertifikatın hər ikisi COVID pasportu adlanacaq. İlkin olaraq bunların hər hansı birinə malik olanlar idman sağlamlıq obyektlərinin xidmətindən istifadə edə biləcəklər”.

“Gələcəkdə bu yanaşmanın toylara tətbiqi planlaşdırılır. Konsert, teatr və şənlik xidmətlərindən istifadə etmək istəyənlərə də COVID pasportu tətbiq olunacaq”, - deyə o əlavə edib.
лучший сайт где можно скачать шаблоны для dle 12.0 бесплатно