Azərbaycan regionda yeni reallıq yaradaraq dünyanın siyasi xəritəsində öz status və rolunu artırmışdır
В закладки
Azərbaycan regionda yeni reallıq yaradaraq dünyanın siyasi xəritəsində öz status və rolunu artırmışdır
Mirzəyev Xalid Eldəniz oğlu
Qərbi Kaspi Universitetinin YAP Gənclər Birliyinin və Tələbə Gənclər Təşkilatının sədri

AZƏRBAYCAN REGİONDA YENİ REALLIQ YARADARAQ DÜNYANIN SİYASİ XƏRİTƏSİNDƏ ÖZ STATUS VƏ ROLUNU ARTIRMIŞDIR


Azərbaycan Xalq Cümhuriyyətinin yaradılmasından 103 il keçir. 44 gün davam edən tarixi Vətən müharibəsindən Qələbə ilə ayrılan Azərbaycan xalqı ilk dəfədir ki, 28 May – Respublika Gününü ərazi bütövlüyü bərpa olunmuş formada qarşılayır. Uzun illər boyu işğal altında qalan torpaqlarımız Müzəffər Ali Baş Komandan, Prezident İlham Əliyevin rəhbərliyi altında azad edilib. Müqəddəs dövlət bayrağımız Şuşada və işğaldan azad edilən digər ərazilərimizdə dalğalanır.

Azərbaycan yalnız regionda deyil, ümumilikdə dünyada çəkisi və rolu artan, bütün sahələrdə sürətli tərəqqiyə nail olmuş, öz milli maraqlarının müdafiəsində və tarixi ədalətin bərpa edilməsində uğur qazanmış dövlət kimi daxil olur. 30 illik müstəqillik tarixində respublikamız həyatın bütün sahələrində möhtəşəm uğurlara imza atıb. Ötən dövrdə Azərbaycanın özünün iqtisadi müstəqilliyini tam təmin etməsi böyük nailiyyətdir. 30 il ərzində milli iqtisadiyyatımız 3 dəfədən çox genişlənib ki, bu da bütün dünya üzrə ən yaxşı göstəricilərdən biridir. Qısa müstəqillik tarixində ölkəmiz güclü iqtisadi zəmin üzərində həmçinin özünün siyasi müstəqilliyini təmin edib.

Xüsusilə vurğulamaq lazımdır ki, son 18 ildə Prezident İlham Əliyev bütün səviyyələrdə ölkəmizin milli maraqlarını qətiyyətlə qoruyub. Dünyada nüfuzu getdikcə artan Azərbaycan beynəlxalq münasibətlərdə önəmli rol oynayır, qlobal iqtisadi və humanitar layihələrdə liderlik keyfiyyətləri nümayiş etdirir. Azərbaycan regionda yeni reallıq yaradaraq dünyanın siyasi xəritəsində öz status və rolunu artırmışdır. Bunu Respublika Günü münasibətilə Prezident İlham Əliyevə ünvanlanan təbrik məktublarının hər birində qeyd edilən fikirlər də görmək olar. Azərbaycanın beynəlxalq gündəlikdəki mühüm məsələlərin həllində fəal rolu önə çəkilərək qarşıdakı dövrün prioritetlərinin müəyyənləşdirilməsində yeni yanaşma özünü qabarıq şəkildə büruzə verir. Təbrik ünvanlayan liderlərin arasında ABŞ, Rusiya, Çin, İran, İtaliya, Almaniya prezidentlərinin, Birləşmiş Krallığın kraliçasının və başqalarının da olması Azərbaycana olan beynəlxalq diqqətin göstəricisidir.

Qeyd etmək lazımdır ki, təbriklərdə Azərbaycanın beynəlxalq münasibətlərdə oynadığı önəmli rol təqdir olunur, habelə dünyanın aparıcı dövlətlərinin liderləri tərəfindən dünyada xüsusi nüfuza malik olan Azərbaycan Prezidentinin qlobal əhəmiyyətli fəaliyyətinə yüksək qiymət verilir. Məsələn, ABŞ Prezidenti Co Baydenin məktubunda ötən il Cənub Qaz Dəhlizinin işə salınması, bu il Xəzərdəki yatağın Türkmənistanla birgə kəşfiyyatına və işlənilməsinə dair Anlaşma Memorandumunun imzalanması ilə Azərbaycanın Avropanın enerji şaxələndirilməsinə verdiyi töhfə xüsusi olaraq diqqətə çatdırılıb. ABŞ-ın dövlət başçısı Azərbaycan Prezidentinə ünvanladığı təbrik məktubunda respublikamızın NATO-nun Əfqanıstandakı missiyasına və terrorla mübarizə səylərinə verdiyi 20 illik dəstəyi yüksək dəyərləndirib. Həmçinin, müharibədən yeni çıxmış ölkəmizin bundan sonra qonşu dövlətlərlə sülh içində yaşamasına ümid ifadə edən ABŞ rəhbərliyi ATƏT-in Minsk qrupunun həmsədri kimi münaqişənin uzunmüddətli siyasi həllinə dair danışıqlarda kömək etməyə sadiq qaldığını vurğulayıb.

Eləcə də, Rusiya Federasiyasının Prezidenti Vladimir Putinin məktubunda birgə səylərin bundan sonra da xalqlarımızın rifahı, regional təhlükəsizliyin və sabitliyin təmin edilməsi naminə bütün sahələrdə əməkdaşlığın möhkəmləndiriləcəyinə dair fikirlər vurğulayıb. Rusiya Federasiyasının Prezidenti, Azərbaycanın beynəlxalq gündəlikdəki çoxsaylı mühüm məsələlərin həllində fəal rol oynadığını bildirərək Azərbaycan ilə mehriban dostluq və qarşılıqlı hörmət ənənələrinə əsaslanan münasibətləri yüksək qiymətləndirib. Məktubdan aydın olur ki, bundan sonra da xalqlarımızın rifahı, regional təhlükəsizliyin və sabitliyin təmin edilməsi naminə Azərbaycan ilə strateji tərəfdaşlıq Rusiya üçün önəmli vəzifələrdən birini təşkil edəcəkdir.

Eyni zamanda, İtaliya Respublikasının Prezidenti Sercio Mattarella öz təbrik məktubunda əməkdaşlıq əlaqələrinin perspektivlərini qeyd edərək, xalqların rifahı naminə əməkdaşlığın davamlı olmasında maraqlı olduğunu vurğulayıb. Bakı ilə Romanı yalnız energetika sektorundan mədəniyyət sahəsinə qədər olan və ortaq maraqlara söykənən, ikitərəfli münasibətlərin bütün istiqamətləri üzrə əldə edilən strateji məqsədlər deyil, həm də xalqlarımızın gələcək rifahını təmin edəcək çoxşaxəli tərəfdaşlıq birləşdirir. Həmçinin, Almaniya Federativ Respublikasının Prezidenti Frank-Valter Ştaynmayerin məktubunda Azərbaycanın dünyada COVID-19 pandemiyasına qarşı mübarizədə fəallığını yüksək qiymətləndirir. Çin Xalq Respublikasının Sədri Si Cinpin “Bir kəmər, bir yol” müştərək layihəsi üzrə əməkdaşlığı ilə bağlı fikirləri Azərbaycanın yalnız regionda deyil, ümumilikdə dünyada çəkisinin və rolunun artmasından xəbər verir.

Göründüyü kimi, Prezident İlham Əliyevin rəhbərliyi ilə daxili və xarici siyasətdə mühüm uğurlara imza atan, qalib, ədaləti bərpa edən ölkə kimi nüfuz qazanan, regionda və dünyada mövqeləri möhkəmlənən Azərbaycanın təqdim etdiyi yeni inkişaf modelinə beynəlxalq maraq artmaqdadır. Dünyanın nüfuzlu ekspertləri, siyasətçiləri, ayrı-ayrı nəşrlər dövlətimizin başçısının həyata keçirdiyi yeniləşmə, təkmilləşmə siyasətini dəstəkləyir, bu addımların qarşıdakı illərdə daha möhtəşəm olacağını bildirirlər. Dünya ölkələri təhlükəsizlik, enerji və demokratik idarəetmə məsələlərində Azərbaycanla birgə addımların atılmasında maraqlı olduqlarını bildirirlər.

Beləliklə, xalqımız Cümhuriyyətin yarandığı 28 May – Respublika Gününü bu il daha fərqli şəkildə qeyd edir. Bu gün Azərbaycan Respublika Gününü Vətən müharibəsində qazandığı haqlı Zəfərinin qüruru ilə taclandırıb. Cümhuriyyət dövründə də torpaqlarımıza iddia edən erməni millətçiləri artıq layiqli cavablarını alıblar və Azərbaycanın ərazi bütövlüyü bərpa edilib. Prezident İlham Əliyev işğaldan azad olunmuş torpaqlarımızda Azərbaycan Xalq Cümhuriyyətinin mirası olan üçrəngli bayrağı yüksəldib.

Azərbaycan regionda yeni reallıq yaradaraq dünyanın siyasi xəritəsində öz status və rolunu artırmışdır
Azərbaycan regionda yeni reallıq yaradaraq dünyanın siyasi xəritəsində öz status və rolunu artırmışdır
лучший сайт где можно скачать шаблоны для dle 12.0 бесплатно