Krasnayarsk " Azərbaycan - Milli Mədəni Muxtariyyət " ictimayi təşkilatının Respublika günü ilə bağlı təbriki
В закладки
Krasnayarsk " Azərbaycan - Milli Mədəni Muxtariyyət " ictimayi təşkilatının Respublika günü ilə bağlı təbriki

Bu gün ölkəmizdə 28 may respublika günü qeyd olunur. 1918-ci il mayın 28-də müsəlman şərqində ilk parlamentli Respublika və ilk demokratik, hüquqi və dünyəvi dövlət olan Azərbaycan xalq cümhuriyyəti yaradıldı. Dünyanın hər yerində yaşayan azərbaycanlılar bayram əhval-ruhiyyəsindədir. Müxtəlif ölkələrdə fəaliyyət göstərən Azərbaycan icması bayram münasibət ilə tədbirlər keçirir.Yaşadıqları ölkənin insanlarına Azərbaycan həqiqətlərini çatdırmaqda bütün imkanlarını səfərbər edirlər.
Axın.az-ın əməkdaşı Krasnoyarsk diyarında fəaliyyət göstərən "Azərbaycan Milli - Mədəni Muxtariyyat" ictimai birliyinin sədri Krasnoyarsk şəhər şurasının deputatı, Krasnoyarsk vilayətinin Ağır Atletika federasiyasının prezidenti Taleh Məmmədov və Krasnayarsk şəhərində yaşayan "Azərbaycan Milli - Mədəni Muxtariyyat" ictimai birliyinin müavini,Tikinti və Ticarət ilə məçqul olan iş adamı ,ictimai fəal Nəsimi Həsənovla əlaqə saxlayıb. Taleh Mahmudov və Nəsimi Həsənov 28 may Respublika gününü xüsusi təntənə ilə qeyd etdiklərini, təşkil etdikləri bayram tədbirində yerli kütləvi - informasiya nümayəndələrinin və nüfuzlu ictimai xadimlərin iştirakını təşkil etməklərini söyləməklə yanaşı Vətən müharibəsində qazanılmış dastan kimi zəfərin sevinci ilə xalqımızı Respublika günü münasibəti ilə təbrik edirlər.
Qeyd edək ki, Nəsimi Həsənov və Taleh Məmmədov birinci Qarabağ və 44 günlük Vətən Müharibəsində ordumuza göstərdikləri maddi yardım və mənəvi dəstəyə görə xüsusi fərqləniblər. “ Bu qədər şərəfli zəngin irsə sahib olan bir millətin nümayəndəsi olmağımızla qurur duyuruq “ Taleh Məmmədov, Nəsimi Həsənov .

Krasnayarsk " Azərbaycan - Milli Mədəni Muxtariyyət " ictimayi təşkilatının Respublika günü ilə bağlı təbriki
"Azərbaycan Milli - Mədəni Muxtariyyat" ictimai birliyinin sədri Taleh Mahmudov
Krasnayarsk " Azərbaycan - Milli Mədəni Muxtariyyət " ictimayi təşkilatının Respublika günü ilə bağlı təbriki
"Azərbaycan Milli - Mədəni Muxtariyyat" ictimai birliyinin sədr müavini Nəsimi Həsənov
лучший сайт где можно скачать шаблоны для dle 12.0 бесплатно