Təcili yardım maşını ilə Bakıya sərnişin daşımağa cəhd edilib
В закладки
Təcili yardım maşını ilə Bakıya sərnişin daşımağa cəhd edilib

Azərbaycanda təcili tibbi yardım maşını ilə rayonlardan paytaxta sərnişin daşımağa cəhd edilib.

“Report”un xəbərinə görə, bu barədə sosial şəbəkələrdə məlumat yayılıb.

Məlumata görə, Ağsu Rayon Mərkəzi Xəstəxanasının Təcili Tibbi Yardım şöbəsinin təcili tibbi yardım avtomobilinin sürücüsü Sadiq Səmədovun idarə etdiyi 90-JM-977 dövlət nömrə nişanlı maşınla Bakıya sərnişin daşıyan zaman Baş Dövlət Yol Polisi (DYP) İdarəsinin əməkdaşları tərəfindən saxlanılıb.

Təcili tibbi yardım maşınının içərisində sürücüdən başqa, daha dörd nəfər də olub.

Polis əməkdaşları sərnişini avtomobildən düşürüb, sürücü isə onların suallarına cavab verməkdən boyun qaçırıb.
лучший сайт где можно скачать шаблоны для dle 12.0 бесплатно