Azərbaycanlı olimpiya çempionu vəfat etdi
В закладки


Voleybolçu qadınlar arasında azərbaycanlı olimpiya çempionu Vera Lantratova vəfat edib.

"Report"un məlumatına görə, Lantratova 74 yaşında dünyasını dəyişib.

Keçmiş idmançının ölüm səbəbi barədə məlumat verilməyib.

Bakıda anadan olmuş Vera Lantratova klub səviyyəsində yalnız "Neftçi" komandasında çıxış edib. Lantratova "ağ-qaralar"ın heyətində 1966 və 1970-ci il SSRİ çempionatlarıının bürünc mükafatçısı olub. 1967-ci ildə isə o, Azərbaycan SSR yığmasının tərkibində SSRİ çempionatının və SSRİ xalqları Spartakiadasında gümüş medalını qazanıb.

Qeyd edək ki, Vera Lantratova 1968-ci ildə SSRI yığmasının heyətində Yay Olimpiya Oyunlarının qalibi olub. O, 1967-ci il Avropa və 1970-ci il dünya çempionatında qızıl medal qazanıb.
лучший сайт где можно скачать шаблоны для dle 12.0 бесплатно