Bakıda piyadanı vuran şəxs hadisə yerindən qaçdı
В закладки
Bakıda piyadanı vuran şəxs hadisə yerindən qaçdı




Bakıda ölümlə nəticələnən yol nəqliyyat hadisəsi baş verib.

Bu barədə Daxili İşlər Nazirliyindən məlumat verilib.

Bildirilib ki, mayın 1-də saat 5 radələrində Nərimanov rayonunun Ş.İ.Xətai prospektində Bakı şəhər sakini Ş.Mərdanov idarə etdiyi “Toyota” markalı avtomobillə yolu keçən paytaxt sakini Yaşar Əliquliyevi vurub hadisə yerini tərk edib.

Piyada aldığı xəsarətlərdən hadisə yerində ölüb.

Polis əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində sürücü avtomobillə birgə saxlanılıb.

Nərimanov RPİ tərəfindən araşdırma aparılır.
лучший сайт где можно скачать шаблоны для dle 12.0 бесплатно