Agentlikdən vətəndaşlara müraciət: “Tibbi xidmətlərlə bağlı təkliflərinizi verin”
В закладки
Agentlikdən vətəndaşlara müraciət: “Tibbi xidmətlərlə bağlı təkliflərinizi verin”

İcbari Tibbi Sığortanın yeni xidmətlər zərfi üzərində hazırda işlər aparılır.

Azdaily.Az xəbər verir ki, bu sözləri İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinin Vətəndaş müraciətləri şöbəsinin koordinatoru Nərgiz Hacıyeva deyib.

O bildirib ki, bu prosesə vətəndaşların müraciətləri də təsir göstərir:

“Vətəndaşların müraciətlərinə əsasən, bir neçə xəstəliyi müəyyən etmişik. Yaxın illər ərzində xəstəliklərin beynəlxalq təsnifatı təsdiq ediləcək. Bu, təsdiq edildikdən sonra İcbari Tibbi Sığorta Agentliyinin də xidmətlər zərfində yeniliklər olacaq. Vətəndaşlardan da xidmətlər zərfinə daxil edilməsini istədikləri xəstəliklərlə bağlı təkliflərini yazıb, agentliyə göndərmələrini rica edirik”.

Qeyd edək ki, onkoloji xidmətlər, Qazanılmış İmmun Çatışmazlıq Sindromu xəstəlikləri (QİÇS), hemofiliya, talassemiya, şəkərli diabet, eləcə də süni mayalanma ilə bağlı prosedurlar, kosmetik və ya plastik cərrahi əməliyyatları və orqan transplantasiyasına ehtiyac olan prosedurlar icbari tibbi sığortanın xidmətlər zərfinə daxil deyil.
лучший сайт где можно скачать шаблоны для dle 12.0 бесплатно