DSX-nin Mərkəzi Regional Şöbəsinin yeni inzibati binası is­tifadəyə verildi - FOTO
В закладки
DSX-nin Mərkəzi Regional Şöbəsinin yeni inzibati binası is­tifadəyə verildi - FOTO

Cari ilin 25 may tarixində Dövlət Sərhəd Xid­məti Sahil Mühafizəsinin Mərkəzi Regional Şöbəsinin yeni inzibati binası is­tifadəyə verilib.

Bu barədə Dövlət sərhəd Xidməti məlumat yayıb.

Bildirilib ki, bununla əlaqədar keçirilmiş açılış mərasimində çıxış edən Dövlət Sər­həd Xidmətinin rəisi general-polkovnik Elçin Quliyev Mərkəzi Regional Şö­bənin yeni binasının açılışı münasibətilə şəxsi heyəti təbrik edib.

Qısa müddət ərzində səmərəli sərhəd mühafizə sisteminin formalaş­dırılması, zəruri infrastrukturun təkmilləşdirilməsi istiqamətində kompleks tədbirlərin görüldüyü bildirilib.

Hazırda DSX Sahil Mühafizəsinin dəniz mühitində is­tənilən çağırışa çevik reaksiya göstərərək Xəzər dənizinin Azərbaycan Res­publikasına aid hissəsində enerji ehtiyatlarının, neft-qaz boru kəmərlərinin və platformalarının qorunması, beynəlxalq terrorizmə, kütləvi qırğın silah­ları­nın komponentlərinin qanunsuz yayılmasına, qeyri-leqal miqra­siyaya və narkotik qaçaqmalçılığına qarşı mübarizədə yüksək nailiyyətlər əldə etməsi xüsusi vurğulanıb.

Dövlət Sərhəd Xidmətinin Sahil Mühafizəsi tərəfindən “Azərbaycan Xə­zər Dəniz Gəmiçiliyi” Qapalı Səhmdar Cəmiyyəti, Nəqliyyat, Rabitə və Yük­sək Texnologiyalar Nazirliyinin Dövlət Dəniz Agentliyi, Müdafiə Nazirliyinin Hərbi-Dəniz Qüvvələri, Daxili İşlər Nazirliyinin Nəqliyyatda Baş Polis İdarəsi və Xəzər dənizində fəaliyyət göstərən digər dövlət orqanları ilə qarşılıqlı faydalı əməkdaşlıq münasibətlərinə ciddi önəm verilməsi, bu orqanlarla bir­gə fəaliyyət nəticəsində dənizdə təhlükəsizliyin təmin olunması və xidməti tapşırıqların daha effektiv icrası şə­raitinin yaradılması qeyd edilib.

Tədbir çərçivəsində Vətən müharibəsində şücaət və qəhrəmanlıq gös­tə­rərək Zəngilanın, Cəbrayılın, Xocəvəndin, Suqovuşanın azad olunma­sında fərqləndiklərinə görə Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyev tərəfindən təltif edilmiş hərbi qulluqçuların orden və medalları təqdim olunub.

Mərasimdə “Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi” Qapalı Səhmdar Cəmiy­yətinin sədri Rauf Vəliyevin rəhbərliyi altında heyət iştirak edib, cəmiyyətin dörd nəfər əməkdaşı “Hərbi əməkdaşlıq sahəsində xidmətlərə görə” medalı ilə təltif ediliblər.

Açılış mərasimindən sonra tədbir iştirakçıları ikimərtəbəli binada yara­dılmış şəraitlə tanış olublar. Buradakı xidməti otaqlara, konfrans zalına, tibb otağına, yeməkxanaya, eləcə də şəxsi heyət üçün yaradılmış istirahət otaq­larına, idman meydançasına, dənizçi sərhədçilərin istifadəsində olan xüsusi müşahidə, aşkaretmə, rabitə və s. texniki avadanlıqlara baxış keçirilib.
лучший сайт где можно скачать шаблоны для dle 12.0 бесплатно