Azərbaycanda kişinin keçmiş arvadını qətlə yetirməsinin TƏFƏRRÜATI - YENİLƏNİB
В закладки
Azərbaycanda kişinin keçmiş arvadını qətlə yetirməsinin TƏFƏRRÜATI - YENİLƏNİB

Cəlilabad rayonunda baş verən qətl hadisəsinin bəzi təfərrüatı məlum olub.

Azdaily.az - ın məlumatına görə, hadisə mayın 27-si gecə saat 3 radələrində rayonun Təzəkənd kəndində qeydə alınıb.

Belə ki, kənd sakini, 1980-ci il təvəllüdlü Bayramov Cavid Nəriman oğlu ailə məişət zəminində aralarında yaranan münaqişə zamanı keçmiş həyat yoldaşı, həmkəndlisi, 1975-ci il təvəllüdlü Xanəliyeva Rəna Allahqulu qızına 17 bıçaq zərbəsi vuraraq qətlə yetirib.

Məlumata görə, əvvəllər evli olan C.Bayramovla R.Xanəliyeva sonradan aralarında baş verən narazılıqlar səbəbindən boşanıblar. Onların boşanmasından artıq 10 il ötüb. Ötən gecə isə C.Bayramov R.Xanəliyevanın yaşadığı evə gələrək onunla yenidən barışmaq istədiyini bildirib. Lakin keçmiş ərlə arvadın aralarında mübahisə düşüb və daha sonra kişi R.Xanəliyevanı qətlə yetirib.

Hadisədən sonra yaralı qadını qohumları aşkar edib. R.Xanəliyeva Cəlilabad Rayon Mərkəzi Xəstəxanasına çatdırılsa da, onun həyatını xilas etmək mümkün olmayıb.


Cəlilabad rayonunda qətl hadisəsi baş verib.

“Azdaily.az” xəbər verir ki, hadisə rayonun Təzəkənd kəndində qeydə alınıb.

Belə ki, kənd sakini, 1980-ci il təvəllüdlü Bayramov Cavid Nəriman oğlu keçmiş həyat yoldaşı, 1976-cı il təvəllüdlü Xanalıyeva Rəna Allahqulu qızına çoxsaylı bıçaq zərbələri vuraraq onu qətlə yetirib.

Hazırda hadisənin təfərrüatları dəqiqləşdirilir. İlkin məlumatlara əsasən, qətl hadisəsi ötən gecə 2-3 radələrində R.Xanalıyevanın yaşadığı evdə baş verib.

Qeyd edək ki, cütlüyün məktəbli iki övladı var.

Faktla bağlı Cəlilabad rayon Prokurorluğunda araşdırma aparılır.
лучший сайт где можно скачать шаблоны для dle 12.0 бесплатно