Azərbaycan və Malta yığmaları yenidən qarşılaşacaq
В закладки
Azərbaycan və Malta yığmaları yenidən qarşılaşacaq

Futbol üzrə Azərbaycanın əsas milli komandası gələn il martın 30-da yoldaşlıq oyunu keçirəcək.

AFFA-nın rəsmi saytının verdiyi məlumatına görə, yığma səfərdə Malta yığması ilə qarşılaşacaq.

Görüşün keçiriləcəyi stadion və başlanma vaxtı hələlik bəlli deyil.

Qeyd edək ki, Azərbaycan millisi 2018-ci ildə UEFA Millətlər Liqasında Malta yığması ilə iki dəfə üz-üzə gəlib. Hər iki qarşılaşma eyni hesabla yekunlaşıb - 1:1
лучший сайт где можно скачать шаблоны для dle 12.0 бесплатно