Suares zədələndi
В закладки
Suares zədələndi

"Atletiko"nun futbolçusu Luis Suares zədələnib.

Azdaily.az "Marca"ya istinadən xəbər verir ki, 34 yaşlı hücumçu komandanın hazırlıq prosesi zamanı xəsarət alıb. O, məşqi yarımçıq dayandırıb. Uruqvaylı oyunçunun durumuna tibbi müayinədən sonra aydınlıq gələcək.

Qeyd edək ki, Suares bu mövsüm La Liqada 26 matçda 19 qol vurub və 2 qolun ötürməsini verib.
лучший сайт где можно скачать шаблоны для dle 12.0 бесплатно