Kumanla bağlı qərar verildi
В закладки
Kumanla bağlı qərar verildi

“Barselona” rəhbərliyi baş məşqçi Ronald Kumanın klubdakı gələcəyi haqda qərar verib.

Azdaily.az “Diario Sport”a istinadən xəbər verir ki, Kataloniya təmsilçisinin prezidenti Joan Laporta 58 yaşlı mütəxəssisi komandada saxlamaq niyyətindədir.
Bu qərarın verilməsində komandanın 2 gün əvvəl “Atletik”i məğlub edərək (4:0) İspaniya kubokunun qalibi olmasının da rolu böyükdür. Əgər xüsusi bir hal baş verməsə, niderlandlı çalışdırıcı istefaya göndərilməyəcək. Hazırda Kuman növbəti mövsüm üçün heyətin üzərində işləyir. O, komandadan göndəriləcək oyunçuların və transferini istədiyi futbolçuların siyahısını hazırlayır.

Qeyd edək ki, “Barselona” La Liqanın turnir cədvəlində 65 xalla 3-cüdür. Komanda lider “Atletiko”dan 5, 2-ci yerdə olan “Real”dan isə 2 xal geri qalır. Lakin “Barselona”nın hələ ehtiyatda 1 oyunu da var.
лучший сайт где можно скачать шаблоны для dle 12.0 бесплатно