Naxçıvanda sahibkarlara 18 milyon manatdan çox kredit verilib – STATİSTİKA
В закладки
Naxçıvanda sahibkarlara 18 milyon manatdan çox kredit verilib – STATİSTİKA

Naxçıvan MR-da sənayenin inkişafı istiqamətində 2020-ci ildə bank və kredit təşkilatları tərəfindən təsərrüfat subyektlərinə 18 milyon 561 min manat kreditlər verilib.

Valyuta.az xəbər verir ki, MR-nın Dövlət Statistika Komitəsinin yaydığı hesabatda, bu göstəricinin 2010-cu ildəki göstəricidən 2,6 dəfə çox olduğu bildirilir.


Yerli istehsalın şaxələndirilməsi xarici ticarət əlaqələrinin genişlənməsini təmin etmiş, 2020-ci ildə 325 milyon 362 min 200 ABŞ dolları dəyərində sənaye məhsulları ixrac olunub.

Həyata keçirilən tədbirlərin nəticəsi olaraq 2020-ci ildə sənaye sahəsində 16913 nəfər işçi çalışıb ki, bu da 2010-cu ildəki müvafiq göstəricidən 31,6 faiz çoxdur.

Bu dövr ərzində bir işçiyə hesablanmış orta aylıq əmək haqqı 2010-cu ildəki göstəriciyə nisbətən 46,2 faiz artaraq 431,8 manat təşkil edib.
лучший сайт где можно скачать шаблоны для dle 12.0 бесплатно