Deputat dinlə bağlı əhaliyə çağırış etdi
В закладки
Deputat dinlə bağlı əhaliyə çağırış etdi


Azərbaycan dünyəvi dövlətdir. Ancaq İslam dəyərləri dövlət səviyyəsində qorunur, dini ibadət yerləri təmir və bərpa olunur.

Azdaily.az-ın məlumatına görə, bunu Milli Məclisin İctimai birliklər və dini qurumlar komitəsinin üzvü Ceyhun Məmmədov bildirib.

O qeyd edib ki, bu gün bir çox müsəlman ölkələri radikalizmdən ciddi əziyyət çəkir, dini zəmində münaqişələr baş verir.

“Azərbaycan isə qarışıq və mürəkkəb proseslərin getdiyi müasir dünyada sabitlik və əmin-amanlıq adası təsiri bağışlayır. Şübhəsiz ki, bu sabitliyin və əmin-amanlığın pozulmasında maraqlı qüvvələr var”, - deyə C.Məmmədov əlavə edib.

Deputat söyləyib ki, Azərbaycanda radikalizmlə mübarizə sahəsində böyük işlər görülüb və görülür.

Komitə üzvü əhaliyə də çağırış edib, deyib ki, hər birimiz ölkədə sabitliyin və əmin-amanlığın qorunması üçün səylə çalışmalıyıq.
лучший сайт где можно скачать шаблоны для dle 12.0 бесплатно