Musa Qasımlı: Səhiyyə işçilərinin əməkhaqlarının artırılması dövlətimizin səhiyyə sisteminə olan diqqətini göstərir
В закладки
Musa Qasımlı: Səhiyyə işçilərinin əməkhaqlarının artırılması dövlətimizin səhiyyə sisteminə olan diqqətini göstərir

Prezident İlham Əliyevin yeni növ koronavirus infeksiyası ilə mübarizə tədbirlərində iştirak edən tibb işçilərinin sosial müdafiəsinin gücləndirilməsi haqqında sərəncam imzalaması dövlətimizin səhiyyə sisteminə olan diqqətini göstərir.

Bunu Trend-ə Milli Məclisin deputatı, professor Musa Qasımlı deyib.

Bu sərəncamın bir neçə baxımdan diqqəti cəlb etdiyini deyən M.Qasımlı qeyd edib ki, bu sənəd ilk növbədə dövlət başçımızın Azətrbaycan dövlətinin vətəndaşlarının sağlamlığına xüsusi diqqət göstərməsinin nümunələrindən biridir:

"Bununla bir daha təsdiq olundu ki, hər bir Azərbaycan vətəndaşının sağlamlığı dövlətimiz üçün əhəmiyyətlidir. Dövlətimiz bunu təmin etmək üçün bütün mümkün vasitələrdən istifadə edir. Dünyanın bir sıra qabaqcıl, böyük güc dövlətlərində bu virusa qarşı mübarizə sahəsi üzrə real vəziyyət onu göstərdi ki, onlarda təşkilatçılıq bacarığı istənilən səviyyədə deyil".

Deputat əlavə edib ki, Prezident İlham Əliyevin tapşırığı ilə Nazirlər Kabineti nəzdində yaradılan operativ qərargahın tədbirləri və xalqın qəbul edilən qərarlara riayət etməsi bu məsələdə hökumətlə xalq arasında sıx yekdilliyin olduğunu göstərdi:

"Məsələnin ən vacib tərəflərindən biri ondan ibarətdir ki, Prezident İlham Əliyev tərəfindən Azərbaycana koronavirus üçün zəruri olan tibbi avadanlıqların gətirilməsi qısa müddətdə həll edildi. Sərəncamla səhiyyə işçilərinin əməkhaqlarının artırılması da dövlətimizin səhiyyə sisteminə olan diqqətini göstərir. Bu gün Azərbaycanın tibb işçiləri böyük fədakarlıq göstərirlər və onların maaşlarının artırılması da dövlətimizin qayğısının təzahürlərindən biridir. Hesab edirəm ki, Azərbaycan bir dövlət olaraq, yaranmış bu çətinliyi də aşacaq".

Xatırladaq ki, Prezident İlham Əliyev yeni növ koronavirus (COVİD-19) infeksiyası ilə mübarizə tədbirlərində iştirak edən tibb işçilərinin sosial müdafiəsinin gücləndirilməsi haqqında Sərəncam imzalayıb.

Sərəncama əsasən yeni növ koronavirus (COVİD-19) infeksiyası ilə əlaqəli əmək şəraitinə görə dövlət tibb müəssisələrində çalışan işçilərin əməkhaqlarına aylıq vəzifə (tarif) maaşının 3–5 mislinədək miqdarda müddətli əlavə müəyyən edilir.

Nazirlər Kabinetinə bu Sərəncamla müəyyən edilən müddətli əlavənin şamil olunacağı tibb işçilərinin əhatə dairəsini, əlavənin ödənilmə müddətini və işin xüsusiyyətindən asılı olaraq miqdarını müəyyən etmək, COVİD-19 infeksiyası ilə mübarizə tədbirlərinə cəlb edilən özəl tibb müəssisələrində çalışan tibb işçilərinin və könüllülərin əməyinin ödənilməsi şərtlərini müəyyən etmək və Sərəncamdan irəli gələn digər məsələləri həll etmək tapşırılıb.
лучший сайт где можно скачать шаблоны для dle 12.0 бесплатно