Məlahət İbrahimqızı: Dövlətimizin səhiyyə işçilərinə qayğı və diqqəti yüksək səviyyədədir
В закладки
Məlahət İbrahimqızı: Dövlətimizin səhiyyə işçilərinə qayğı və diqqəti yüksək səviyyədədir

Prezident İlham Əliyevin imzaladığı sərəncam onu göstərir ki, dövlətimizin səhiyyə işçilərinə qayğı və diqqəti yüksək səviyyədədir.

Bunu Trend-ə Milli Məclisin deputatı Məlahət İbrahimqızı bildirib.

Onun sözlərinə görə, sərəncam tibb işçiləri üçün çox vacib qərardır:

“Ötən gün Prezident İlham Əliyev koronavirus infeksiyasına qarşı mübarizə aparan tibb işçilərinin sosil müdafiəsinin gücləndirilməsi ilə bağlı çox vacib bir sərəncam imzaladı. Sərəncama əsasən, yeni növ koronavirus infeksiyasına qarşı mübarizə aparan dövlət tibb müəssisələrində çalışan səhiyyə işçilərinin əməkhaqlarına aylıq vəzifə (tarif) maaşının 3-5 mislinədək miqdarda müddətli əlavə müəyyən edilib. Bu sərəncamdan da irəli gələn məsələlər Nazirlər Kabinetinə tapşırılıb. Kabinet sərəncamdan irəli gələn bütün tapşırıqları ən qısa müddətdə araşdırıb dövlət başçısına təqdim edəcək ki, bu məsələ reallaşsın”.

Deputat qeyd edib ki, sərəncam özəl müəssisələrdə çalışan tibbi işçilərinə də şamil oluna bilər:

“Çox vacib detallar var ki, onlar hamısı müəyyənləşdirilməlidir və qərar əsasında infeksiyaya qarşı mübarizə aparan tibb işçilərinin əməkhaqları artırılmalıdır. Burada özəl müəssisələrin tibb işçiləri də ola bilər. Könüllü tibb işçiləri də var ki, onlara da qanunvericilik çərçivəsində müəyyən sosial imtiyazlar verilə bilər. Əsas odur ki, Prezident İlham Əliyevin siyasi iradəsi ilə bu sərəncam imzalanıb və yaxın günlərdə bu sərəncam öz real əksini tapacaq”.

Xatırladaq ki, Prezident İlham Əliyev yeni növ koronavirus (COVİD-19) infeksiyası ilə mübarizə tədbirlərində iştirak edən tibb işçilərinin sosial müdafiəsinin gücləndirilməsi haqqında Sərəncam imzalayıb.

Sərəncama əsasən yeni növ koronavirus (COVİD-19) infeksiyası ilə əlaqəli əmək şəraitinə görə dövlət tibb müəssisələrində çalışan işçilərin əməkhaqlarına aylıq vəzifə (tarif) maaşının 3–5 mislinədək miqdarda müddətli əlavə müəyyən edilir.

Nazirlər Kabinetinə bu Sərəncamla müəyyən edilən müddətli əlavənin şamil olunacağı tibb işçilərinin əhatə dairəsini, əlavənin ödənilmə müddətini və işin xüsusiyyətindən asılı olaraq miqdarını müəyyən etmək, COVİD-19 infeksiyası ilə mübarizə tədbirlərinə cəlb edilən özəl tibb müəssisələrində çalışan tibb işçilərinin və könüllülərin əməyinin ödənilməsi şərtlərini müəyyən etmək və Sərəncamdan irəli gələn digər məsələləri həll etmək tapşırılıb.
Prezident sərəncam imzaladı
Prezident sərəncam imzaladı
24.02.20 Cəmiyyət
лучший сайт где можно скачать шаблоны для dle 12.0 бесплатно