Bu gün Azərbaycanın Baş naziri Ərdoğanla görüşəcək
В закладки
Bu gün Azərbaycanın Baş naziri Ərdoğanla görüşəcək

Azərbaycanın Baş naziri Əli Əsədovun rəhbərlik etdiyi nümayəndə heyəti Türkiyədə səfərdədir.

Azdaily.az "Report"-a istinadən xəbər verir ki, səfər Türkiyənin vitse-prezidenti Fuat Oktayın dəvəti ilə həyata keçirilir. Bu, Azərbaycanın hökumət başçısının xarici ölkələrə ilk rəsmi səfəridir.

Ə.Əsədov F.Oktay, daha sonra isə Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanla görüşəcək.

Bundan başqa, F.Oktay və Ə.Əsədov Türkiyə-Azərbaycan İqtisadi Əməkdaşlıq Komissiyasının 9-cu iclasında iştirak edəcəklər. Onlar Xarici İqtisadi Əlaqələr Qurumunun təşəbbüsü ilə təşkil ediləcək və iki ölkədən 150 özəl sektor nümayəndəsinin iştirak edəcəyi Türkiyə-Azərbaycan İş Forumunun ümumi iclasına da qatılacaqlar.

Forum zamanı iki ölkə arasında bir sıra müqavilələr imzalanacaq. İlkin məlumata görə, dövlət və özəl sektor sahələrindəki ticarət razılaşmalarının dəyəri 100 milyon ABŞ dollarından çox olacağı gözlənilir.
лучший сайт где можно скачать шаблоны для dle 12.0 бесплатно