Putin gözlənilən qanunu imzaladı - Prezidentliyə yenidən namizəd olacaq
В закладки
Putin gözlənilən qanunu imzaladı - Prezidentliyə yenidən namizəd olacaq

Rusiya Prezidenti Vladimir Putin yenidən prezidentliyə namizəd olmaq hüququnu verən bir qanuna imza atıb.

Bizim.Media xəbər verir ki, bu haqda məlumatı TASS agentliyi yayıb.

Mənbə yazır ki, sənəd bazar ertəsi rəsmi internet informasiya portalında yayımlanıb.

Qanunun müddəalarından birinə görə, eyni şəxsin Rusiya Federasiyasının Prezidenti vəzifəsini tuta biləcəyi müddət sayının məhdudlaşdırılması, əvvəlki prezidentlik müddətləri nəzərə alınmadan mövcud dövlət başçısına tətbiq edilir.

Beləliklə, bu norma mövcud dövlət başçısına daha iki müddət prezidentlik vəzifəsini icra etməyə imkan verir.

Sənəd müəyyənləşdirir ki, ən azı 35 yaşında olan, ölkədə ən azı 25 il daimi yaşayan və bundan əvvəl başqa bir dövlətin vətəndaşı olmayan, yaşayış icazəsi almayan Rusiya Federasiyasının istənilən vətəndaşı dövlət başçısı seçilə bilər.
лучший сайт где можно скачать шаблоны для dle 12.0 бесплатно