Deputat: “Bu yeniliklər insanların xidmətində dayanacaq”
В закладки
Deputat: “Bu yeniliklər insanların xidmətində dayanacaq”

Azərbaycan su ehtiyatları az olan ölkələr siyahısına daxildir. Su resurslarının böyük əksəriyyəti ölkəmizdən kənarda formalaşır. Daxildə formalaşan suyun böyük bir hissəsi 30 il işğal altında qalmış Qarabağ torpaqlarımızda idi. Tərtər çayı Kürün, Həkəri çayı isə Arazın Azərbaycan daxilində ən çox sululuğa malik olan qolu hesab edilir və su mənbələri burada formalaşır.

Bu sözləri Publika.az-a açıqlamasında millət vəkili Sadiq Qurbanov deyib. O bildirib ki, son illərdə dünyada quraqlıq prosesi sürətlənib:

“Azərbaycanda da su qıtlığı problemi yaşandı. Son iki ildə bu, özünü daha çox göstərdi. Həm Kürün quruması, həm də çəkilməsi prosesi baş verirdi. Azərbaycanda bütün əkin sahələrində suvarma problemi yaranmışdı. Bununla bağlı cənab Prezident keçən il müşavirə keçirdi. Həmin müşavirədə problemləri qaldırdı və bu istiqamətdə görüləcək işləri diqqətə çatdırdı.

Su təsərrüfatının inkişafı üçün yeni texnologiyaların tətbiqi lazımdır. Suyumuz azdır, üstəlik də su itkiləri çoxdur. Suvarılma zamanı əksər hallarda 30, 40, 50, bəzi hallarda isə 60% su itkisinə yol verilirdi. Meliorasiya və su təsərrüfatı sahəsində çatışmazlıqların aradan qaldırılması, idarəetmədə müasir yanaşmanın, müasir texnologiyaların ölkəmizə gətirilməsi və tətbiq edilməsi artıq günün tələbidir. Dünyada baş verən quraqlıq proseslərinin fonunda Azərbaycanda da su və meliorasiya təsərrüfatına yeni baxış lazım idi. Cənab Prezidentin sözü ilə desək, yeni və müasir yanaşma tələb olunurdu. Ölkə başçısı Azərbaycan Meliorasiya və Su Təsərrüfatı Açıq Səhmdar Cəmiyyətininin sədri vəzifəsinə Zaur Mikayılovu təyin etdi və böyük ümidləri olduğunu xüsusi qeyd etdi”.

Millət vəkili qeyd edib ki, Azərbaycan su təsərrüfatı sahəsində bir çox yeniliklərə imza atmağa hazırlaşır:

“4-cü sənaye inqilabının regional mərkəzinin məhz Azərbaycanda yaradılması qarşıda duran əsas hədəflərdən biridir. Yeni texnologiyaların tətbiq olunmasına çalışırıq, yeniliklərə açığıq. Bu yeniliklər insanların xidmətində dayanacaq və dövlətin inkişafına gətirib çıxaracaq. Kiçik də olsa, yeni su anbarlarının tikilməsi planlaşdırılır. Bütün bunlar böyük vəsait tələb edən layihələrdir. Ümid edirəm ki, dövlətimizin gücü və siyasi iradəsi bu problemlərin həll olunmasına yetərlidir”.
лучший сайт где можно скачать шаблоны для dle 12.0 бесплатно