"Ermənistan Zəngəzur dəhlizi ilə Azərbaycanı tələyə saldığını düşünür"
В закладки
"Ermənistan Zəngəzur dəhlizi ilə Azərbaycanı tələyə saldığını düşünür"

“Ermənistanda elə başa düşürlər ki, bizi Zəngəzur dəhlizi söhbəti ilə tələyə salıblar. Öz cılız ağılları ilə bunun əvəzində bizə hələ bir şərt də qoymaq istyirlər. Amma belə deyil. Bu dəhliz bizdən çox Rusiya və Ermənistana lazımdır”.

Bu fikirləri bizimyol.info-ya politoloq Eldar Namazov səsləndirib.

“Hazırda Ermənistanda vəziyyət çox qarışıqdır. Seçkiyə çox aqressiv şüarlarla girirlər. Ermənistan özünə gəlməyib, bizə qarşı nifrətlə çalxalanır. Seçkilər ağır keçəcək və orada hər şey ola bilər. Ona görə, biz hər şeyə hazır olmalıyıq. Terrorçuluqla məşğuldurlar, bu onların siyasi xəttidir. Onlarla əməkdaşlıqdan danışmaq tezdir. Düzdür, Paşinyan qorxa-qorxa da olsa, "kommunikasiyaları açmaq lazımdır" deyir. Amma seçkilərdən sonra hər şey düzəlməyəcək. Buna inanmıram. İndiki vəziyyətdə Paşinyan qalib gəlsə də, koalisiya hökuməti qurmalı olacaq, hansısa qüvvələrlə sazişə girəcək.

Onlar bir-birləri ilə dil tapa bilmirlər. Biri Paşinyana başı xarab deyir, bu o birisinə rüşvətxor deyir. Yəni hökumət qurmaq üçün uzunmüddətli danışıqlar aparcaqlar. Bu qeyri-stabil vəziyyət seçkilərdən sonra daha da kəskinləşəcək. Bəs biz durub onların stabilləşməsini gözləməliyik? Biz gözləmirik. Bizim onsuz da Türkiyə ilə ortaq dəmir yolumuz var. Zəngəzur dəhlizinin fəaliyyətə başlamasında Rusiyanın marağı Azərbaycandan az deyil. Onlar Şimal-Cənub dəhlizini formalaşdırmağa çalışırlar. O zaman bu problemin həlli ilə zəhmət çəkib Rusiya məşğul olsun. Bu böyük layihənin həlli üçün 2 il lazımdır.

Bu dəhliz Rusiya və Ermənistana daha çox lazımdır. Bizim istənilən kommunikasiyamız var. Prezident İlham Əliyev də son çıxışında məhz bu mesajı vermək istədi. Onların gələcyə konseptual baxışı yoxdur. Onlara siyasi dərsi, yolu bizim Prezidentimiz göstərir. O başa salır ki, bu sizə lazımdır, sizin iqtisadiyyatınız ölür. Bir 5 il də təcrid içində, bağlı vəziyyətdə qalın, görək, nə edirsiniz? Bizə şərt qoymayın, hansı yolu seçmək istəyirsinizsə, seçin. Məncə, biz bu təzyiqi davam etdirsək, Ermənistan özü kommunikasiyaların açılmasında maraqlı olacaq. Hesab edirəm, dövlət başçısı, kifayət qədər ağıllı bir mesaj göndərmiş oldu”- deyə o bildirib.
лучший сайт где можно скачать шаблоны для dle 12.0 бесплатно