Murad Arif koronavirusdan yazdı: “Ərzaq üstündə müharibə etməyin”
В закладки
Murad Arif koronavirusdan yazdı: “Ərzaq üstündə müharibə etməyin”

“Dostlar, bu nə bəladırsa, lağ-lağıya çevirmədən ciddi qəbul edək və Nazirlər Kabineti tərəfindən təklif olunan formada davranaq. Sizin qohumunuz, qonşunuz yoluxmayıbsa, bu hələ heç nə demək deyil. Virus var və ölkəmizdədir. Ehtiyatlı, diqqətli və tədbirli olun”.

Publika.az xəbər verir ki, bu sözləri müğənni, aparıcı Murad Arif sosial şəbəkədə paylaşıb. Sənətçi hər kəsi diqqətli olmağa dəvət edib:

“Ərzaq ehtiyatınızı israfsız və qənaətli istifadə edin. Bir müddət ictimai yerlərə can atmayın. Əlinizi hər saat yumağa çalışın. Üzərinizdə nəm salfetlər gəzdirin. Əl ilə görüşməyin. Yuyulmamış əlin göz, burun, ağızla təmasına diqqət yetirin. Öskürərkən, asqırarkən ağzınızı tutun. Bacardığınız qədər uşaqlarınızı evdə saxlayın... Ərzaq üstündə müharibə etməyin. Karantin aclıq deyil. Resurslarımız var, benzinin qiyməti də düşüb. Sadəcə səbr edək... Panika, isterika neqativ emosiyalardır, mane olur. Həkimlərə güvənin, lazım olan kimi onlarla əməkdaşlıq edin. Üzü yaya gedir, virus üçün istilər əlverişli deyil. Bir-birinizə qarşı şəfqət və qayğı hisslərini də unutmayın”.
лучший сайт где можно скачать шаблоны для dle 12.0 бесплатно