İctimai nəqliyyat həftəsonları və bayram günləri işləməlidir! - Deputat
В закладки
İctimai nəqliyyat həftəsonları və bayram günləri işləməlidir! - Deputat


Novruz bayramı ərzində ictimai nəqliyyatın vəziyyətinin necə olacağı hər kəsi maraqlandırır. Nəqliyyatın fəaliyyət göstərib-göstərməyəcəyi haqda hələ ki rəsmi açıqlama yoxdur. Bəs hansı hal mövcud şəraitə daha uyğun olardı?

Mövzu haqqında Modern.az-a danışan iqtisadçı deputat Vüqar Bayramovun sözlərinə görə, həm həftəsonları, həm də bayram günlərində ictimai nəqliyyat qismən də olsa işləməlidir:

“Bayram günləri ilə bağlı qərarın epidemioloji vəziyyətə uyğun olaraq veriləcəyi gözlənilir. Amma həftəsonları ictimai nəqliyyatın fəaliyyətini dayandırmasının da tərəfdarı deyiləm. Bir sıra inkişaf etməkdə olan ölkələrin praktikasını nəzərə alsaq, pandemiya dövründə olan qeyri-iş günlərində ictimai nəqliyyat fəaliyyətini dayandırmır, sadəcə müddəti qısa olur. Biz bayram günlərində ictimai nəqliyyatın müddətli şəkildə istifadəsinin tərəfdarıyıq. Güman edirəm ki, günün aktiv saatlarında nəqliyyatın işinin bərpası daha məqsədəuyğun olardı”.
лучший сайт где можно скачать шаблоны для dle 12.0 бесплатно