ANİİA 3 illiyini qeyd etdi, Fəxri Üzvlük institutu yaradıldı - Fotolar
В закладки
ANİİA 3 illiyini qeyd etdi, Fəxri Üzvlük institutu yaradıldı - Fotolar

Oktyabrın 10-da Azərbaycan Nar İstehsalçıları və İxracatçıları Assosiasiyasının təsis edilməsinin 3 illiyinə və Assosiasiyaya fəxri üzvlərin qəbul edilməsinə həsr edilmiş tədbir təşkil edilib.
AXIN.az xəbər verir ki, tədbirin açılışında assosiasiyanın sədri Fərhad Qaraşov tədbir iştirakçılarına ANİİA-nın yarandığı gündən bu günə kimi fəaliyyəti, həyata keçirdiyi təlimlər, sosial-mədəni tədbirlər haqqında məlumat verib.

ANİİA 3 illiyini qeyd etdi, Fəxri Üzvlük institutu yaradıldı - Fotolar

Bundan sonra narçılığın inkişafında səmərəli fəaliyyət aparan, kənd təsərrüfatının bu sahəsinə qayğı göstərə, ANİİA-nın qarşısında duran vəzifələrin həyata keçirilməsində təşəbbüslə çıxış edən şəxslər “Azərbaycan narı” döz nişanı ilə ( 4 nəfər) təltif edilib. Tədbirdə dövlət qulluqçuları, iş adamları, ictimai fəallar, jurnalistlər, elm və mədəniyyət xadimləri iştirak ediblər.

Rəsmi və bədii hissədən ibarət olan təqdimatın sonunda tədbir iştirakçılarına ziyafət verilib.

ANİİA 3 illiyini qeyd etdi, Fəxri Üzvlük institutu yaradıldı - Fotolar
лучший сайт где можно скачать шаблоны для dle 12.0 бесплатно